Dubay əmiri ölkənin ilk iki kosmonavtının adını açıqlayıb
Birləşmiş Ərəb Əmirliklərində (BƏƏ) Beynəlxalq Kosmik Stansiyaya uçacaq ilk iki kosmonavtın adı açıqlanıb. AZƏRTAC xəbər verir ki, BƏƏ-nin Baş naziri və vitse-prezidenti, Dubay əmiri Şeyx Məhəmməd bin Rəşid Əl-Məktum özünün “Тwitter” səhifəsində Həzzə Əl-Mənsuri və Sultan Əl-Neyadinin ölkənin kosmosa uçacaq ilk kosmonavtları seçildiyini bildirib