Добавить новость
123ru.net
World News in Azerbaijani
Август
2018

Azərbaycanlılar niyə uşaqlarını dövlət dilində oxutmaq istəmirlər?

0
15 gün sonra – sentyabrın 15-də Azərbaycan məktəblərində yeni tədris ili başlayır. Amma Bakı sakini Mədinə Hacıbəyova deyir ki, hələ də 7 yaşlı qızını məktəbə qəbul etdirə bilmir. O, istəyir ki, qızı 141 saylı orta məktəbdə rus bölməsində oxusun. Amma məktəbdən ona bildiriblər ki, bütün yerlər dolub:


“Qəbul eləmədilər, dedilər ki, yer yoxdur. Məni Təhsil Nazirliyinə göndərdilər. Orada 7 saat növbədə gözləyəndən sonra mənə bildirdilər ki, hazırda Bakıdakı orta məktəblərin rus bölməsində yer yoxdur. Bildirdilər ki, əllərindən heç nə gəlmir. Bir il gözləyəndən sonra gələn ilə yenidən müraciət edə bilərəm. Necə yəni bir il gözləyim, onda mənim uşağımın səkkiz yaşı olacaq”.


Son aylar yerli mediada, sosial şəbəkələrdə rus bölməsində sıxlıqla bağlı şikayətlər artıb. Valideynlər övladlarını yaxınlıqdakı məktəblərə qəbul edilməməsinə görə nazarazılıq edirlər.


Millət vəkili Kamilə Əliyeva bu problemin həlli kimi rus bölməsinin ödənişli olmasını təklif edir. O, oxu.az saytına müsahibəsində bildirib ki, bu istiqamətdə dünya təcrübəsini öyrənib, tətbiq etməyə ehtiyac var:


“Uşaqlarını rus məktəblərində yerləşdirə bilmədikləri üçün hay-küy salan, az qala, aləmi bir-birinə vuran insanlarımız yaxşı olardı ki, başqa ölkələrin təcrübəsini də öyrənəydilər və biləydilər ki, orada xarici dil üçün dövlət pullu təhsil-tədris keçirir. Dövlət müəyyən qədər əlavə vəsait ayırır və məhz o vəsaitə uyğun şəkildə də yerləşdirmələr aparır, yəni, heç də hər kəs övladını xarici dildə tədris keçirən məktəbdə oxuda bilmir. Odur ki, bizdə də, nəhayət, bu təcrübədən istifadə etmək, yararlanmaq olar və vacibdir”.


Amma millət vəkilinin bu təklifi elə də müsbət qarşılanmır. AzadlıqRadiosu Bakıda bir neçə məktəbin rus bölməsində çalışan müəllimlərlə söhbət edib, millət vəkilinin təklifinə münasibətlərini öyrənib. Onlardan biri Nərminə Əliyeva düşünür ki, dövlətin orta məktəblərində tədrisin hansı dildə aparılmasından asılı olmayaraq təhsil ödənişsiz olmalıdır.


Elə təhsil ekspertləri də bu fikirdədirlər. Keçmiş təhsil naziri Firudin Cəlilov hesab edir ki, ödənişli təhsil haqda təkliflər səsləndirməkdənsə, niyə rus bölmələrində sıxlıq yarandığının səbəblərini araşdırmaq lazımdır.







Təhsil Araşdırmaları Mərkəzinin məlumatına görə son 3 ildə övladlarını rus bölməsində oxutmaq istəyən valideynlərin sayı kəskin artıb. Bu Mərkəzin rəhbəri Kamran Əsədov sadaladığı səbəblərdən biri də rus bölməsində təhsilin daha keyfiyyətli olmasıdır:


“Azərbaycan bölməsi ilə müqayisədə rus bölməsində təhsil daha keyfiyyətlidir, müəllimlərin bilik və bacarıqları daha yüksəkdir. Rus bölməsində dərsliklər daha az problemlidir, şagirdlərin yaş xüsusiyyətinə və psixologiyasına daha uyğundur”.


Kamran Əsədov bu problemin həlli kimi azərbaycan bölməsində ciddi təhsil islahatlarına ehtiyac olduğunu bildirir. O ki, qaldı rus bölməsində təhsilin ödənişli olması haqda təklifə ekspert bunu qanuna zidd sayır. Yada salır ki, Azərbaycan Konstitusiyasına və «Təhsil haqqında» qanuna görə, dövlət məktəblərində, təhsil pulsuzdur və bu baxımdan, rus bölməsində təhsilin ödənişli olmasına da heç bir əsas yoxdur:


“Sadəcə bu təklifi irəli sürənlərin əsas məqsədi odur ki, valideynlərin rus bölməsini seçməsinin qarşısı alınsın. Rus bölməsində təhsilin ödənişli olması Azərbaycan xalqına qarşı ən ağır cinayət olardı. Buna qanun icazə vermir, qanun bunu inkar edir”.


Kamran Əsədov deyir ki, bəzi özəl məktəblərdə təhsil xarici dildədir və ödənişli aparılır. O bildirir ki, dünya təcrübəsində də təhsil ancaq özəl məktəblər ödənişlidir.


AzadlıqRadiosu bu barədə Bakı sakinlərinin də fikirlərini öyrənib:







Bu mövzuda Təhsil nazirliyindən də cavab almağa çalışdıq. Amma gün ərzində əlaqə yaratmaq cəhdlərimiz alınmadı.


Azərbaycanda orta məktəblərdə rus bölmələrinin bağlanması zaman-zaman müzakirəyə gəlir. Həmin təklifə tərəfdar olanların fikrincə, bu, rus imperiyasının təsirindən qurtulmağın ən yaxşı yoludur və üstəlik də, tədris ancaq dövlət dilində olmalıdır. Digərlərinin arqumenti belədir ki, Rusiya Azərbaycanın şimal qonşusudur və ünsiyyət üçün bu dili öyrənməyə gərək var, üstəlik də, rus dili böyük elmi, bədii ədəbiyyata çıxış imkanı yaradır.


Statistik məlumatlara görə Azərbaycanda 4 min 472 orta məktəbdən 360-da rus bölməsi var.





Загрузка...


Губернаторы России

Спорт в России и мире

Загрузка...

Все новости спорта сегодня


Новости тенниса

Загрузка...


123ru.net – это самые свежие новости из регионов и со всего мира в прямом эфире 24 часа в сутки 7 дней в неделю на всех языках мира без цензуры и предвзятости редактора. Не новости делают нас, а мы – делаем новости. Наши новости опубликованы живыми людьми в формате онлайн. Вы всегда можете добавить свои новости сиюминутно – здесь и прочитать их тут же и – сейчас в России, в Украине и в мире по темам в режиме 24/7 ежесекундно. А теперь ещё - регионы, Крым, Москва и Россия.


Загрузка...

Загрузка...

Экология в России и мире




Путин в России и мире

Лукашенко в Беларуси и мире



123ru.netмеждународная интерактивная информационная сеть (ежеминутные новости с ежедневным интелектуальным архивом). Только у нас — все главные новости дня без политической цензуры. "123 Новости" — абсолютно все точки зрения, трезвая аналитика, цивилизованные споры и обсуждения без взаимных обвинений и оскорблений. Помните, что не у всех точка зрения совпадает с Вашей. Уважайте мнение других, даже если Вы отстаиваете свой взгляд и свою позицию. Smi24.net — облегчённая версия старейшего обозревателя новостей 123ru.net.

Мы не навязываем Вам своё видение, мы даём Вам объективный срез событий дня без цензуры и без купюр. Новости, какие они есть — онлайн (с поминутным архивом по всем городам и регионам России, Украины, Белоруссии и Абхазии).

123ru.net — живые новости в прямом эфире!

В любую минуту Вы можете добавить свою новость мгновенно — здесь.






Здоровье в России и мире


Частные объявления в Вашем городе, в Вашем регионе и в России






Загрузка...

Загрузка...





Друзья 123ru.net


Информационные партнёры 123ru.net



Спонсоры 123ru.net