Türkiyədə AKP heyəti qəzaya düşüb
0
İstanbul, 17 avqust, AZƏRTAC
Türkiyənin Van şəhərində hakim Ədalət və İnkişaf Partiyasının (AKP) qadınlardan ibarət heyətini daşıyan avtobus ilə minik maşının toqquşması nəticəsində ağır yol nəqliyyat hadisəsi baş verib.AZƏRTAC rəsmi informasiya mənbələrinə istinadla xəbər verir ki, nəticədə 5 nəfər həlak olub, 18 nəfər yaralanıb. AKP heyəti Ankaraya partiya tədbirinə gedirmiş
