Добавить новость
123ru.net
World News in Azerbaijani
Август
2018

İlqar Məmmədovun azadlığa çıxması müxalifətdə canlanma yaradacaqmı?

0
Azərbaycanın müxalifət düşərgəsində son 25 ildə çox az dəyişiklik olub. Amma ənənəvi müxalifət partiyaları Xalq Cəbhəsi Partiyası, Müsavat və digərləri ilə yanaşı yeni qurumlar da meydana atılıb.


Nisbətən yeni yaradılan ReAL partiyasının sədri İlqar Məmmədovun beş ildən sonra azadlığa çıxması Azərbaycan müxalifətin mənzərəsini dəyişə bilərmi?


Həbsdən yeni çıxmış müxalifət lideri İlqar Məmmədov özü AzadlıqRadiosuna müsahibə verməkdən imtina edib və yaxın vaxtlarda mətbuat konfransı keçirəcəyini deyib.


ReAL partiyası digər müxalifət partiyalarından sonra yarandığı üçün bəzi bloqqerlər və şərhçilər bu partiyanı yenilikçi olduğunu, əvvəl yaranmış partiyaların, AXCP və Müsavatın isə köhnə metodlarla fəaliyyət göstərdiyini deyirlər.


Əli Kərimli: Müxalifətin təzəsi, köhnəsi olmur


AXCP sədri Əli Kərimli isə bu yanaşma ilə razılaşmır. Deyir, müxalifətin köhnəsi, yenisi olmur. Əli Kərimli hesab edir ki, İlqar Məmmədov ciddi siyasətçidir, onunla münasibət indiyə qədər yaxşı olub və İlqar Məmmədovla əməkdaşlıq istisna deyil:


“Bizim hökumətdən gələn zərbələri əsas qarşıladığımız cinah olduğumuz şübhə doğurmur, verdiyimiz itkilər şübhə doğurmur. ReAL partiyası da belə bir prinsipial mübarizədə ardıcıl davam edəcəksə, heç şübhəsiz ki, eyni cinahda olacağıq, eyni cinahda olacağıq, fəaliyyətimizi koordinasiya edəcəyik və çalışacağıq ki, çəkicimizi eyni zindana vuraq”.


İlqar Məmmədov özü həbsdən çıxdığı gün, avqustun 13-də deyib ki, mübarizəni davam etdirəcək.







Partiyanın Ali Məclisinin, İnsan haqları və humanitar katibi Rəsul Cəfərov deyir ki, partiyanın qarşıdakı bələdiyyə və parlament seçkisində iştirak etmək istəyi var, İlqar Məmmədov prezident də olmaq istəyir:


“İndi yeddi il gözləməliyik kimi bir təəssürat var. Amma ölkənin siyasi həyatında bir çox şeylər dəyişə bilər, seçkilərin daha tez keçirilməsinə də ehtiyac yarana bilər, bunu indidən biz deyə bilmərik. Amma bu seçkilər sabah da olsa, iki ildən sonra da, beş ildən sonra da olsa, biz o prosesdə iştirak edək. Və bu günə olan namizədimiz İlqar Məmmədovdur”.


Rəsul Cəfərov deyir ki, hazırda üzvlərinin sayı iki min civarındadır və getdikcə genişlənmək iddiaları var.


Müxalifətə də pul lazımdır


Siyasi şərhçi Azər Rəşidoğlu deyir ki, hazırda İlqar Məmmədovdan gözləntilər böyükdür, cəmiyyətdə elə bir rəy var ki, narazı seçicilər başçısız qalıb və ReAl sədri bu rolu oynaya biləcək. Siyasi şərhçi deyir ki, İlqar Məmmədovun bu rolu oynayıb, oynaya bilməməsini zaman göstərəcək, çünki bu rol üçün hər şeydən əvvəl maliyyə mənbələri tapmaq lazımdır:


“Əgər o, ənənəvi müxalifət və protest elektroratının fəalları ilə sosial şəbəkələrdə atışmalara, qalmaqallara getsə, uduzacaq. Əgər tamamilə kənara çəkilib, onun liderliyinə qısqanclıqla yanaşanlara cavab verməyib, təşkilatlanmaq işinə başlayacaqsa, protest elektroratının lideri ola biləcək. Amma bir daha vurğulamaq istəyirəm ki, siyasətlə məşğul olmaq üçün ciddi maddi və digər resurslara malik olmaq lazımdır”.


Siyasi şərhçinin sözlərinə görə, burda önəmli məqam İlqar Məmmədovun 2 il sınaq müddəti olmaqla şərti olaraq azadlığa çıxmasıdır. Onun sözlərinə görə, bu, ona işarədir ki, İlqar Məmmədov yenidən həbsə qaytarıla bilər.


Azər Rəşidoğlu, Müsəlman Birliyi Hərəkatının həbsdə olan lideri Tale Bağırzadənin 2015-ci ilin iyulunda azadlığa buraxılmasını, bir neçə ay sonra Nardaran hadisələrində təqsirli bilinərək yenidən daha uzun müddətə həbs olunmasını yada salır, eyni ssenarinin İlqar Məmmədovla bağlı baş verə biləcəyini istisna etmir.


Ermənistanda olan, niyə Azərbaycanda ola bilmir?


Başqa bir siyasi şərhçi Zərdüşt Əlizadə İlqar Məmmədovu parlaq siyasətçi saysa da, deyir ki, hakimiyyətin müxalifətə təzyiq imkanları çox genişdir və indiki şəraitdə hansısa müxalifət fəalının uğur qazanması çətindir.


Zərdüşt Əlizadə deyir ki, REAL-ın demokratik hərəkata real töhfə verə bilməsi üçün şərait olmalıdır- cəmiyyətin özündə potensial, demokratik partiyalar, həmkarlar ittifaqları və sair olmalıdır:


“Ermənistanda bu baş verdi, Paşinyan qalib gəldi, Azərbaycanda bunun əlamətləri yoxdur. Nə üçün bu, Ermənistanda baş verdi, siz Paşinyanın müxalifətdə olarkən parlamentdə etdiyi çıxışlara baxın. Bizim parlamentdə belə şərait yoxdur axı. Bizdə ümumiyyətlə media məkanı, hətta internet məkanı tam nəzarətdədir. Düşünürəm ki, Azərbaycanda vəziyyət çox ağırdır, real böhran üçün obyektiv şərait yetişib, amma bu obyektiv şəraiti səmərəli işə çevirə biləcək fəal mütəşəkkil siyasi qüvvə hələ görünmür”.


AzadlıqRadiosu bu mövzu ilə bağlı Bakı sakinlərinin də fikirlərini öyrənib. Onlar müxalifəti necə görmək istəyirlər:







Prezindent İlham Əliyev isə çıxışlarında bildirir ki, Azərbaycanda demokratiya var və bütün azadlıqlar təmin olunur. İlham Əliyev keçən ilin noyabrında Yeni Azərbaycan Partiyasının 25 illiyindəki çıxışında deyib ki, özünü müxalifət adlandıran dəstə xaricdən idarə olunur və komanda alır.


İlqar Məmmədov 2013-cü ilin yanvarında İsmayıllı hadisələri ilə əlaqədar kütləvi iğtişaşların təşkilində ittiham olunaraq, 7 il azadlıqdan məhrum edilmişdi.


Onun azadlığa çıxması üçün Azərbaycan hökumətinə beynəlxalq ictimaiyyətdən aramsız çağırışlar edilirdi.





Загрузка...


Губернаторы России

Спорт в России и мире

Загрузка...

Все новости спорта сегодня


Новости тенниса

Загрузка...


123ru.net – это самые свежие новости из регионов и со всего мира в прямом эфире 24 часа в сутки 7 дней в неделю на всех языках мира без цензуры и предвзятости редактора. Не новости делают нас, а мы – делаем новости. Наши новости опубликованы живыми людьми в формате онлайн. Вы всегда можете добавить свои новости сиюминутно – здесь и прочитать их тут же и – сейчас в России, в Украине и в мире по темам в режиме 24/7 ежесекундно. А теперь ещё - регионы, Крым, Москва и Россия.


Загрузка...

Загрузка...

Экология в России и мире




Путин в России и мире

Лукашенко в Беларуси и мире



123ru.netмеждународная интерактивная информационная сеть (ежеминутные новости с ежедневным интелектуальным архивом). Только у нас — все главные новости дня без политической цензуры. "123 Новости" — абсолютно все точки зрения, трезвая аналитика, цивилизованные споры и обсуждения без взаимных обвинений и оскорблений. Помните, что не у всех точка зрения совпадает с Вашей. Уважайте мнение других, даже если Вы отстаиваете свой взгляд и свою позицию. Smi24.net — облегчённая версия старейшего обозревателя новостей 123ru.net.

Мы не навязываем Вам своё видение, мы даём Вам объективный срез событий дня без цензуры и без купюр. Новости, какие они есть — онлайн (с поминутным архивом по всем городам и регионам России, Украины, Белоруссии и Абхазии).

123ru.net — живые новости в прямом эфире!

В любую минуту Вы можете добавить свою новость мгновенно — здесь.






Здоровье в России и мире


Частные объявления в Вашем городе, в Вашем регионе и в России






Загрузка...

Загрузка...





Друзья 123ru.net


Информационные партнёры 123ru.net



Спонсоры 123ru.net