Мы в Telegram
Добавить новость
123ru.net
World News in Azerbaijani
Июль
2018

Ekspertlər nəqliyyatda gediş haqqının yenə də artcağını gözləyirlər

0
Ekspertlər nəqliyyatda gediş haqqının yenə də artcağını gözləyirlər

Tarif Şurasının iyulun 30-da verdiyi qərara görə, metroda və şəhərdaxili avtobuslarda bir gedişin qiyməti 20 qəpikdən 30 qəpiyə qaldırılıb. Yeni qiymətlər avqust 1-dən qüvvəyə minəcək.

Tarif Şurası artımı həm də belə izah edib ki, metronun dövlət büdcəsindən asılılığı azaldılmalıdır.

Bakı Dövlət Universitetinin iqtisadiyyat müəllimi, təhlilçi Toğrul Maşallı deyir ki, bu il heç artıma ehtiyac yox idi, dövlət bu il metroya edəcəyi yardımı artıq edib. İqtisadçı deyir ki, hökumətin artım qərarı əvvəldən planlaşdırılmamış, göydəndüşmə qərardır:

“Bu artımın planlaşdırıldığını da deyə bilmərik. Çünki bildiyiniz kimi dövlət büdcəsinə dəyişiklik edilib və bu dəyişiklik edilərkən, metroya ayrılan subsidiyalarda dəyişiklik edilməyib. 45 milyon manat necə idisə, eləcə də qalıb. Amma indi gördüyünüz kimi səbəblər arasında dövlətdən asılılığın azalması göstərilib. Yəni, onlar ilin sonuna qədər eyni subsidiya alacaqlar, nəinki 20 qəpik qiymət olanda. Başqa sözlə, heç kim artımı planlaşdırmayıb, yəni, iyunun axırına qədər hələ planlaşdırılmamışdı tariflərin artırılması. İyulun axırı bu fikir irəli sürülüb, sonra da qərar verilib”.

Toğrul Maşallı deyir ki, əslində, belə artım daha detallı əsaslandırılmalı, əvvəlcədən elan olunmalı, camaata öz büdcəsini planlamaq üçün vaxt verilməli idi.

AzadlıqRadiosu ictimai nəqliyyatda qiymət artımına Bakı sakinlərinin münasibətini öyrənib:

İnflyasiya artacaq

Demokratiya və Rifah Hərəkatının sədri, iqtisadçı alim Qubad İbadoğlu iyulun 30-da öz Facebook statusunda yazır ki, əhalinin üçdə biri Bakıda yaşayır, əsas nəqliyyat vasitəsində- metroda-tarifin 50 faiz bahalaşması, inflyasiyanı artıracaq:

“Çünki metroda gediş haqqı inflyasiyanın hesablanması üçün istifadə edilən istehlak səbətində 5-ci xüsusi çəkiyə malik xidmət hesab edilir. İctimai nəqliyyatda gediş haqlarının bahalaşması eyni zamanda taksidə də gediş haqlarının artımını şərtləndirəcək. Hesab edirəm ki, 30 qəpik gediş haqqı keçid xarakteri daşıyacaq. Bir müddətdən sonra 10 qəpik çatışmazlığı ilə bəhanəsi ilə qiymətlər 40 qəpiyə yüksələcək. Bu sadəcə nəbz yoxlamasıdır”.

Qubad İbadoğlu güman edir ki, ölkədə qiymət artımı tendensiyası davam edəcək və kənd təsərrüfatı mövsümü başa çatan kimi dizel yanacağının və mazutun də qiyməti bahalaşacaq. 

Bu ilin iyulunda, ölkənin əksər rayon və şəhərlərində elektrik kəsiləndə, Bakıda metro da fəaliyyətini dayandırmışdı.

Daha sonra prezident İlham Əliyev, hadisə ilə bağlı müşavirə keçirəndə demişdi ki, onda olan məlumata görə, metroda generator olmayıb.

“Bakı Metropoliteni”nin mətbuat xidməti və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Bəxtiyar Məmmədov APA agentliyinə gedib ki, metroda bir gediş dövlətə 47 qəpiyə başa gəlir və qiymətin artması metroda işin keyfiyyətini yaxşılaşdıracaq:

“Metroda gediş haqqı Belarusda 55 qəpik, Kiyevdə 47-50 qəpik təşkil edir. Rusiyada isə dəfələrlə bahadır. Hazırda da MDB məkanında ən ucuz qiymət Azərbaycandadır. Qiymət artımından sonra “Bakı Metropoliteni”nin qatar parkı yenilənəcək, yeni stansiyaların tikintisi işləri sürətləndiriləcək, bir sözlə xidmət keyfiyyətinin artırılması üçün bütün zəruri addımlar atılacaq”.

Güzəştli və uzunmüddətli kartlar tətbiq olunsun

Real Partiyasının icra katibi Natiq Cəfərli isə AzadlıqRadiosuna müsahibəsində deyir ki, rəsmilər uzun müddət metronun dövlət yardımı ilə işləməsi barədə danışır, amma ictimaiyyətə açıqlamır ki, bu rəqəm necə hesablanır.

İqtisadçı Qubad İbadoğlu deyir ki, həqiqətən də Azərbaycanda ictimai nəqliyyatda mövcud qiymətlər digər ölkələrlə müqayisədə aşağıdır, amma dövlət, bir çox ölkələrdə olduğu kimi həm də aztəminatlı qrupların qayğısına qalmalı, gediş haqlarının qiymət artımının neqativ təsirlərini neytrallaşdırmaq üçün tədbirlər görməlidir:

“Təklif edirəm ki, tələbələr üçün gediş haqlarının əvvəlki səviyyədə, yəni 20 qəpik olmasını təmin edən xüsusi güzəştli ödəniş kartları dövriyyəyə buraxılsın. Bununla yanaşı, metroda və digər ictimai nəqliyyat vasitələrində istifadə etmək üçün aylıq, həftəlik, 3 günlük və 1 günlük ödəniş kartları güzəştli qiymətlərlə satışa çıxarılmalıdır”.

Azərbaycanda avtobusda gediş haqqı sonuncu dəfə 2007-ci ildə, metroda gediş haqqı isə 2011-ci ildə dəyişdirilmişdi.






Загрузка...


Губернаторы России
Москва

Собянин принял решение увеличить фонд грантов одаренным учащимся школ искусств


Спорт в России и мире
Москва

Развод на договорных матчах: схемы, риски и пути предотвращения


Загрузка...

Все новости спорта сегодня


Новости тенниса
Даниил Медведев

Тарпищев: нельзя Медведева назвать главным претендентом на золото Олимпиады


Загрузка...


123ru.net – это самые свежие новости из регионов и со всего мира в прямом эфире 24 часа в сутки 7 дней в неделю на всех языках мира без цензуры и предвзятости редактора. Не новости делают нас, а мы – делаем новости. Наши новости опубликованы живыми людьми в формате онлайн. Вы всегда можете добавить свои новости сиюминутно – здесь и прочитать их тут же и – сейчас в России, в Украине и в мире по темам в режиме 24/7 ежесекундно. А теперь ещё - регионы, Крым, Москва и Россия.


Загрузка...

Загрузка...

Экология в России и мире
Москва

Озоновые Дыры: Вызов современности, Взгляд Романа Терещенко





Путин в России и мире
Москва

Си отказал Макрону в просьбе, связанной с Путиным. В Москву прибыл лидер Кубы


Лукашенко в Беларуси и мире
Минск

Лукашенко высоко оценил организацию парада Победы в Москве




123ru.netмеждународная интерактивная информационная сеть (ежеминутные новости с ежедневным интелектуальным архивом). Только у нас — все главные новости дня без политической цензуры. "123 Новости" — абсолютно все точки зрения, трезвая аналитика, цивилизованные споры и обсуждения без взаимных обвинений и оскорблений. Помните, что не у всех точка зрения совпадает с Вашей. Уважайте мнение других, даже если Вы отстаиваете свой взгляд и свою позицию. Smi24.net — облегчённая версия старейшего обозревателя новостей 123ru.net.

Мы не навязываем Вам своё видение, мы даём Вам объективный срез событий дня без цензуры и без купюр. Новости, какие они есть — онлайн (с поминутным архивом по всем городам и регионам России, Украины, Белоруссии и Абхазии).

123ru.net — живые новости в прямом эфире!

В любую минуту Вы можете добавить свою новость мгновенно — здесь.





Зеленский в Украине и мире

Навальный в России и мире
Москва

В Москве налоговая потребовала взыскать долг с Алексея Навального



Здоровье в России и мире


Частные объявления в Вашем городе, в Вашем регионе и в России






Загрузка...

Загрузка...



Алла Пугачёва

Оставшиеся в России родственники Аллы Пугачевой погрязли в долгах и лишились квартиры



Москва

Концерты для ветеранов ко Дню Победы провели в Подольске

Друзья 123ru.net


Информационные партнёры 123ru.net



Спонсоры 123ru.net