Добавить новость
123ru.net
World News in Azerbaijani
Июль
2018

Slovakiya prezidenti ‘Putin baykerlərinə’ qarşı bəyanat verir

0
Slovakiya prezidenti Andrej Kiska deyib ki, Kremlə bağlı olduğu deyilən baykerlər qrupunun bu yaxınlarda onun ölkəsində yaratdığı baza NATO və Avropa İttifaqının üzvü olan Slovakiya üçün milli təhlükə təşkil edir.


Kiska deyib ki, “Gecə canavaları” kimi tanınan və 2014-cü ildə Rusiya qoşunlarına Ukraynanın Krım yarımadasının ilhaqında dəstək verdiyi məlum olan bu motosikletçilər dəstəsi sadəcə olaraq “ziyansız motosevərlər” deyillər.


Prezident iyulun 31-də verdiyi bəyanatla paytaxt Bratislavanın 60 kilometrliyindəkli Dolna Krupa məntəqəsində salınmış düşərgənin ləğv edilməsinə çağırıb.


“Gecə canavarları” klubunun rəhbəri, özünü “cərrah” adlandıran Aleksandr Zaldostanov rus millətçiliyinin təbliğatı ilə məşğuldur və prezident Putinə yaxınlığı ilə tanınır. Ukraynanın şərqindəki moskvayönlü separatçılara verdiyi dəstəyə görə Zaldostanovun adı Qərbin sanksiya siyahılarına daxil edilib.







Slovakiya prezidentinin bəyanatında deyilir:


"Rusiya ordusunun seçmə birlikləri ilə çiyin-çiyinə Krım hərbi əməliyyatında iştirak etmiş “Gecə canavarları” …ziyansız motosevərlər deyillər. Onlar qonşu ölkənin ərazisini qopardan, beynəlxalq qanunları pozaraq Ukrayna torpaqlarını ilhaq edən rejimin əlində alət olublar”.


Kiska bu bəyanatı Slovakiya kəşfiyyat xidmətləri rəhbərləri ilə görüşündən sonra verib. O deyib ki, “Gecə canavarlarının”, habelə yerli rusiyayönlü yarımhərbi qrupun Dolna Krupada olması Slovakiyanın xarici siyasətinə ziddir:


"Slovakiyada “Gecə canavarlarının” bədnam Avropa qərargahının yaradılması Slovakiya Respublikasının Krımın ilhaqına və Rusiyaya yönəlik siyasətlərinin məsxərəyə qoyulmasıdır”.


O hökuməti bu qanunsuz baza ilə bağlı önləyici tədbir görməyə çağırıb.


Prezident Kiskanın bəyanatına cavab olaraq hökumətin mətbuat xidməti bildirib ki, baş prokurorluğun bu barədə təhqiqatı keçirilmədən sözü gedən baza barəsində heç bir ölçü götürülməyəcək:


"Gecə canavarlarının” Slovakiya üçün risk təşkil etdiyini aydınlaşdırmaq Andrej Kiskanın yox, hakimiyyət orqanlarının işidir”.


Polis bildirir ki, düşərgə daimi müşahidə altındadır, lakin orada hələlik heç bir qanunazidd hərəkətə yol verilməyib.


1999-cu ildən NATO, 2004-cü ildən Avropa İttifaqı üzvü olan Slovakiyada kommunizmin çökməsindən bəri ilk dəfə olaraq ən böyük antihökumət etirazları baş verib.







Etirazçılar təhqiqat jurnalisti Jan Kuciak və onun sevgilisinin qətlinin araşdırlmasını tələb edirdilər. Kuciak İtaliya mafiyası ilə ovaxtkı Slovakiya baş naziri Robert Fico-nun iddia edilən əlaqələrinə dair məqalələr yazmışdı.


Antikorrupsiya etirazları Fico-nun istefası ilə nəticələndi və onun postunu müavini Robert Pellegrini tutdu.





Загрузка...


Губернаторы России

Спорт в России и мире

Загрузка...

Все новости спорта сегодня


Новости тенниса

Загрузка...


123ru.net – это самые свежие новости из регионов и со всего мира в прямом эфире 24 часа в сутки 7 дней в неделю на всех языках мира без цензуры и предвзятости редактора. Не новости делают нас, а мы – делаем новости. Наши новости опубликованы живыми людьми в формате онлайн. Вы всегда можете добавить свои новости сиюминутно – здесь и прочитать их тут же и – сейчас в России, в Украине и в мире по темам в режиме 24/7 ежесекундно. А теперь ещё - регионы, Крым, Москва и Россия.


Загрузка...

Загрузка...

Экология в России и мире




Путин в России и мире

Лукашенко в Беларуси и мире



123ru.netмеждународная интерактивная информационная сеть (ежеминутные новости с ежедневным интелектуальным архивом). Только у нас — все главные новости дня без политической цензуры. "123 Новости" — абсолютно все точки зрения, трезвая аналитика, цивилизованные споры и обсуждения без взаимных обвинений и оскорблений. Помните, что не у всех точка зрения совпадает с Вашей. Уважайте мнение других, даже если Вы отстаиваете свой взгляд и свою позицию. Smi24.net — облегчённая версия старейшего обозревателя новостей 123ru.net.

Мы не навязываем Вам своё видение, мы даём Вам объективный срез событий дня без цензуры и без купюр. Новости, какие они есть — онлайн (с поминутным архивом по всем городам и регионам России, Украины, Белоруссии и Абхазии).

123ru.net — живые новости в прямом эфире!

В любую минуту Вы можете добавить свою новость мгновенно — здесь.






Здоровье в России и мире


Частные объявления в Вашем городе, в Вашем регионе и в России






Загрузка...

Загрузка...





Друзья 123ru.net


Информационные партнёры 123ru.net



Спонсоры 123ru.net