Добавить новость
123ru.net
World News in Azerbaijani
Июль
2018

DİN Gəncədə iki polis zabitinin öldürüldüyünü deyir

0
Daxili İşlər Nazirliyi Gəncədə iki polis zabitinin öldürüldüyü haqda məlumat yayıb. Bunlar Gəncə Şəhər Baş Polis İdarəsinin rəis müavini, polis polkovniki İlqar Balakişiyev və Nizami Rayon Polis İdarəsinin rəis müavini, polis polkovnik-leytenantı Səməd Abbasovdur. 


Məlumatda onları Gəncədəki bir qrup “radikal ünsürün kəsici-deşici alətlərlə yetirdikləri zərbələr nəticəsində” öldürdükləri bildirilir.


Nazirlik Gəncə hadisələri haqda deyir ki, iyulun 10-da saat 20 radələrində 150-200 nəfərdən ibarət radikal dini yönümlü bir qrup şəxs Gəncə şəhər İcra Hakimiyyətinin inzibati binasının önündəki meydana toplaşaraq asayişi kobud şəkildə pozmağa cəhd göstərib. 


Məlumata görə, polisin xəbərdarlığına məhəl qoymayan “qanunazidd hərəkətlərin iştirakçıları” özləri ilə gətirdikləri küt və kəsici-deşici alətlərlə asayiş keçşikçilərinə müqavimət göstəriblər.


40 nəfərin tutularaq Gəncə Şəhər Baş Polis İdarəsinə gətirildiyi, qalanlarının qaçaraq ərazini tərk etdiyi qeyd olunur.


Təxminən 30 dəqiqə ərzində şəhərin mərkəzində asayişin tam bərpa edildiyi deyilir.


Fakt üzrə Baş Prokurorluqda Cinayət Məcəlləsinin 120.2.3, 120.2.7, 220.1, 221.3, 228.4, 315.2-ci maddələri ilə cinayət işi başlanılıb.


Məlumatda qeyd olunur ki, cinayətin bütün iştirakçılarının və təşkilatçılarının müəyyən edilib məsuliyyətə cəlb olunmaları məqsədilə zəruri istintaq hərəkətləri və əməliyyat-axtarış tədbirləri həyata keçirilir.


***


İyulun 10-da axşam saatlarında Gəncənin mərkəzində etiraz aksiyasına çıxan bir qrup şəxslə polis arasında qarşıdurma baş verdiyi deyilir. 


Sosial şəbəkələrdə həmin aksiyadan çəkildiyi deyilən görüntülər paylaşılıb. Aksiyanın hansı tələblə keçirildiyi haqda hələ ki dəqiq məlumat yoxdur.


Qarşıdurmada hətta iki polis əməkdaşının yaralanması haqda xəbərlər yayılıb. 


Bütün bunlara aydınlıq gətirmək üçün AzadlıqRadiosunun əməkdaşı Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Ehsan Zahidovla əlaqə saxlayıb. 


O, bu haqda rəsmi məlumat veriləcəyini deyib.


"Gəncədə polis əməkdaşına xəsarət yetirilibmi” suallarının cavabında da o eyni cavabı verib.


APA-nın yerli bürosunun xəbərinə görə, "sayı 200 nəfərə yaxın olan dəstə sabitliyi pozmaq, iğtişaş törətmək məqsədilə qanunsuz aksiya keçirməyə cəhd edib. Lakin polisin həyata keçirdiyi tədbirlər nəticəsində aksiyanın qarşısı alınıb".



Məlumata görə, 30-a yaxın "iğtişaş iştirakçısı saxlanılıb."



APA yazır ki, "hadisə zamanı iğtişaşçıların iki polis əməkdaşına xəsarət yetirdikləri bildirilir". 



Agentliyin yaydığı məlumata görə, hazırda Gəncədə tam sabitlikdir, hüquq-mühafizə orqanları vəziyyətə tam nəzarət edir.


Ötən həftə Gəncənin icra başçısı Elmar Vəliyevə sui-qəsd edilib.


Hakimiyyət orqanları sui-qəsdi törətməkdə ittiham olunan Yunis Səfərovu İranda dini təhsil almış radikal islamçı kimi təqdim edirlər. 


Hazırda həbsdə olan Y.Səfərovun özünün bu ittihamlara münasibəti bəlli deyil. 


İttihama görə, Y.Səfərov terror aktı hazırlayırmış və məqsəd ölkədə xaos yaratmaq olub.


Həbsdən sonra -  iyulun 10-da Gəncədə etiraz aksiyası keçiriləcəyi barədə çağırışlar yayılıb.


Bəzi siyasi-ictimai xadimlər, ziyalılar, rəsmilər əhalini bu aksiyada iştirak etməməyə çağırıb.


İyulun 9-da Daxili İşlər Nazirliyi icra başçısı Elmar Vəliyevin yaralanması ilə bağlı 12 nəfərin həbs edildiyini bildirib.





Загрузка...


Губернаторы России

Спорт в России и мире

Загрузка...

Все новости спорта сегодня


Новости тенниса

Загрузка...


123ru.net – это самые свежие новости из регионов и со всего мира в прямом эфире 24 часа в сутки 7 дней в неделю на всех языках мира без цензуры и предвзятости редактора. Не новости делают нас, а мы – делаем новости. Наши новости опубликованы живыми людьми в формате онлайн. Вы всегда можете добавить свои новости сиюминутно – здесь и прочитать их тут же и – сейчас в России, в Украине и в мире по темам в режиме 24/7 ежесекундно. А теперь ещё - регионы, Крым, Москва и Россия.


Загрузка...

Загрузка...

Экология в России и мире




Путин в России и мире

Лукашенко в Беларуси и мире



123ru.netмеждународная интерактивная информационная сеть (ежеминутные новости с ежедневным интелектуальным архивом). Только у нас — все главные новости дня без политической цензуры. "123 Новости" — абсолютно все точки зрения, трезвая аналитика, цивилизованные споры и обсуждения без взаимных обвинений и оскорблений. Помните, что не у всех точка зрения совпадает с Вашей. Уважайте мнение других, даже если Вы отстаиваете свой взгляд и свою позицию. Smi24.net — облегчённая версия старейшего обозревателя новостей 123ru.net.

Мы не навязываем Вам своё видение, мы даём Вам объективный срез событий дня без цензуры и без купюр. Новости, какие они есть — онлайн (с поминутным архивом по всем городам и регионам России, Украины, Белоруссии и Абхазии).

123ru.net — живые новости в прямом эфире!

В любую минуту Вы можете добавить свою новость мгновенно — здесь.






Здоровье в России и мире


Частные объявления в Вашем городе, в Вашем регионе и в России






Загрузка...

Загрузка...





Друзья 123ru.net


Информационные партнёры 123ru.net



Спонсоры 123ru.net