Добавить новость
123ru.net
World News in Azerbaijani
Июль
2018

Gəncə olayının sosial mediada müzakirəsi iqtidarı niyə təşvişə salıb?

0
Gəncənin icra başçısı Elmar Vəliyevə hücumla, eləcə də ölkədə enerji böhranı ilə bağlı Facebook-da nəyi yazmaq olar, nəyi yox?


Doğrudanmı həbs olunan 10 nəfər sosial şəbəkədə qanunsuz çağırışlar ediblər?


10 nəfərin barəsində həbs qətimkan tədbirinin seçilməsi barədə xəbəri iyulun 6-da APA agentliyi Daxili İşlər Nazirliyinə istinadla yayıb, amma gün ərzində bu nazirliklə əlaqə saxlayıb həbslər barədə ətraflı məlumat əldə etmək mümkün olmadı.


Həbs olunanlardan biri 42 yaşlı Salyan rayon Yenikənd qeydiyyatlı Rza Səfərsoydur.


Onun barədə cinayət işi açılıb, axtarışda olduğu deyilir. Rza Səfərsoyun Facebook hesabına baxanda məlum olur ki, o, uzun müddətdir ki, davamlı olaraq hakimiyyəti tənqid edən paylaşmalar edirmiş.


Onun xanımı Təranə Səfərsoy AzadlıqRadiosuna deyir ki, həyat yoldaşından dörd gün xəbəri olmayıb, o yoxa çıxıb, yalnız bu gün, iyulun 10-da, ona Milli Təhlükəsizlik Nazirliyindən zəng gəlib, yoldaşı ilə danışa bilib. Təranə Səfərsoy ərinin tutulmasının səbəbini belə izah edir:


“Gəncə hadisələri vaxtı Elmar Vəliyevin qardaşı, ailəsi deyirdi ki, Yunisi (Elmar Vəliyevə sui-qəsd etməkdə şübhəli bilinən Yunis Səfərov nəzərdə tutulur) qəhrəman edənlər ermənidir. O da girib yorum yazmışdı ki, xalqı təhqir etməyin. Mən bu hadisədən şübhələnirəm. Mən həyat yoldaşımın səhhətindən çox narahatam, onun başına bir iş gələrsə, buna görə, Azərbaycan hökumətini idarə edənlər məsuliyyət daşıyacaq”.


Təranə Səfərsoy deyir ki, əri 2-ci qrup Qarabağ əlilidir, ürək xəstəsidir, səhhəti yaxşı deyil.


APA-nın xəbərində adı keçən başqa bir sosial şəbəkə istifadəçisi, 35 yaşlı Bərdə rayonu Qəhrəmanlı kənd sakini Sədi Kərimovdur. Ona 20 sutka verilib. Qardaşı Füzuli Kərimov deyir ki, onun məhkəməsi Bərdə şəhərində keçirilib:


“Allaha and olsun, bizim ailəmiz elə ailə deyil. Onun telefonuna nəsə gəlib, onu da şeytan yoldan çıxarıb, paylaşıb. İndi dövlətimiz buna görə onun cəzası nədirsə, verəcək”.


Hüquq müdafiəçisi Oqtay Gülalıyev deyir ki, həbs olunanların çoxunun ailəsinin onlardan xəbəri yoxdur və onlar müdafiəsiz qalıblar.


Sosial şəbəkədə paylaşmaya görə həbsə qanuni əsas varmı? Şəbəkədə nə yazmaq istifadəçinin həbsinə əsas ola bilərmi?


Media üzrə hüquqşünas Ələsgər Məmmədli deyir ki, bu şəxslərə qarşı rəsmi ittihamın sosial şəbəkədə paylaşmalar olması inandırıcı deyil, çünki qanunsuz çağırış ittihamı Cinayət Məcəlləsindədir:


“Təbii ki, burda zorakılıq metodları təşviq olunmalıdır, zorakı yollarla cəmiyyətdə ixtişaş yaratmağa, zorakı yollarla terror törətməyə çağırış olmalıdır. Bu isə cinayət məsuliyyəti yaradır, amma bu gənclərin sosial şəbəkədə hansı ifadəsinə görə inzibati məsuliyyətə cəlb olunması mənimçün bir hüquqşünas kimi çox maraqlıdır ki, bu zaman hansı maddəyə istinad ediblər. Çünki İnzibati Xətalar Məcəlləsində ifadə azadlığını məhdudlaşdıran hansısa sanksiya nəzərdə tutulmayıb.


Ələsgər Məmmədli deyir ki, bu məlumat cəmiyyətə qəsdən, sosial media istifadəçilərinin özünə - çəki düzən verməsi üçün verilib.


Elmar Vəliyevə qarşı sui-qəsdlə bağlı dörd xəbər saytına da terrorçuluğa açıq çağırışlar maddəsi ilə cinayət işi açılıb. Bu barədə Baş Prokurorluğun mətbuat xidmətinin məlumatında deyilir. Saytlardan birinin rəhbəri Mustafa Hacıbəyli deyir ki, hansısa qanuna zidd yazı yazmayıblar:


“Mən belə başa düşürəm ki, basta saytını bağlamaq istəyirlər, çünki basta saytı azad sözün ifadəçilərindən biridir. Saytın kompüterini, mənim telefonumu və sənədlərimizi götürüblər. Amma biz daim etika və qanun çərçivəsində fəaliyyət göstərmişik”.


Gəncənin icra başçısı Elmar Vəliyevə qarşı iyulun 4-də, sui-qəsd törədiləndən sonra sosial şəbəkələrdə icra başçısının Gəncədəki fəaliyyəti ilə bağlı tənqidlər səsləndi, bəzi istifadəçilər isə hətta sui-qəsdçi olmaqda şübhəli bilinən şəxsin fotosunun üzərinə “qəhrəman” yazaraq paylaşdılar.


Bu ərəfədə, hakimiyyət elektrik böhranı yaratdığına görə də kəskin tənqid olundu, idarəetməni həyata keçirə bilməməkdə ittiham edildi.


Prezidentin köməkçisi Əli Həsənov iyulun 4-də, öz Facebook səhifəsində “Fəlakətdən zövq alanlar...” başlıqlı yazısında bu barədə yazır:


“Yenə də müxalifətin radikal kəsimi və xarici ölkələrdə məişət müxalifətçiliyi edən bəzi “milli təəssübkeşlər” ölkəmizdə baş verən qəzanı şans sanıb iç üzlərini bütün çılpaqlığı ilə açdılar, ortaya kamillik deyil, rəzillik nümunəsi qoydular. Onlar qaranlıq gecəni “məxfilik pərdəsi” hesab edərək insanları “bankları dağıtmağa”, “Azadlıq” meydanına çıxmağa, Gəncədəki cinayəti - dövlət məmurunun həyatına sui-qəsdi “digər şəhərlərdə də təkrarlamağa” çağırışlar etdilər”.


Bəs görəsən vətəndaşlar ölkədə baş verən hadisələrdən xəbər tuta bilirlərmi? AzadlıqRadiosu bu barədə Bakı sakinləri arasında sorğu keçirib:







Azərbaycan iqtisadiyyatı, 2014-ilin sonunda neftin qiymətinin düşməyə başlaması ilə pisləşməyə başlayandan sonra, ölkədə hakimiyyəti açıq tənqid edə bilən media qurumlarının sayı azalıb, sosial mediada və internetdə fəaliyyəti məhdudlaşdıran qanunlar qəbul edilib.





Загрузка...


Губернаторы России

Спорт в России и мире

Загрузка...

Все новости спорта сегодня


Новости тенниса

Загрузка...


123ru.net – это самые свежие новости из регионов и со всего мира в прямом эфире 24 часа в сутки 7 дней в неделю на всех языках мира без цензуры и предвзятости редактора. Не новости делают нас, а мы – делаем новости. Наши новости опубликованы живыми людьми в формате онлайн. Вы всегда можете добавить свои новости сиюминутно – здесь и прочитать их тут же и – сейчас в России, в Украине и в мире по темам в режиме 24/7 ежесекундно. А теперь ещё - регионы, Крым, Москва и Россия.


Загрузка...

Загрузка...

Экология в России и мире




Путин в России и мире

Лукашенко в Беларуси и мире



123ru.netмеждународная интерактивная информационная сеть (ежеминутные новости с ежедневным интелектуальным архивом). Только у нас — все главные новости дня без политической цензуры. "123 Новости" — абсолютно все точки зрения, трезвая аналитика, цивилизованные споры и обсуждения без взаимных обвинений и оскорблений. Помните, что не у всех точка зрения совпадает с Вашей. Уважайте мнение других, даже если Вы отстаиваете свой взгляд и свою позицию. Smi24.net — облегчённая версия старейшего обозревателя новостей 123ru.net.

Мы не навязываем Вам своё видение, мы даём Вам объективный срез событий дня без цензуры и без купюр. Новости, какие они есть — онлайн (с поминутным архивом по всем городам и регионам России, Украины, Белоруссии и Абхазии).

123ru.net — живые новости в прямом эфире!

В любую минуту Вы можете добавить свою новость мгновенно — здесь.






Здоровье в России и мире


Частные объявления в Вашем городе, в Вашем регионе и в России






Загрузка...

Загрузка...





Друзья 123ru.net


Информационные партнёры 123ru.net



Спонсоры 123ru.net