Мы в Telegram
Добавить новость
123ru.net
World News in Azerbaijani
Май
2018

Anna Akhmatova-dan nələri öyrənməli

0
Anna Akhmatova-dan nələri öyrənməli

Siz həqiqəti ifadə etmək üçün nə qədər uzağa gedə bilərsiniz? Sovet şairəsi Anna Akhmatova diktator Joseph Stalin-in özünə qarşı çıxıb. Xüsusi xidmətlər onun mistik şeirlərini dövlət propaqandasına çevirməkdən ötrü təzyiq göstərsələr də, buna getməyib. Əvəzində, Stalin rejimində həyatın sərt gerçəkliklərini təsvir edib. Akhmatova həqiqəti rejimin üzünə söylədiyindən ona əziz hər şeyi və hər kəsi itirib. Stalin-in onun əlindən ala bilmədiyi tək şey ölkəsinə və sənətinə dərin bağlılığı olub. 

Akhmatova öncəki əsrin sonunda, parlaq fin de siècle (fransızca əsrin sonu) dövründə Rusiyada zadəgan ailəsində dünyaya göz açıb. Onun ailəsi şəcərələrinin (monqol imperatoru) Çingizxana gedib çıxdığını düşünür. Akhmatova rus cəmiyyətinin yüksək təbəqəsində rahat, zəngin həyat yaşayıb. Onun şeirləriqadınsı (feminist) və mistik olub, əsasən sevgi, təbiət, şamlar, üzüklər və başqa xırda maddi əşyalar mövzusunda olub. Hətta Akhmatova-nın yaradıcılığının ilk dövrlərində Rusiyada çox sayda qadın şair onun tərzini imitasiya etməyə çalışıb.

Akhmatova hətta yeniyetmə yaşlarında poeziyaya Avropa yanaşmasını dəyişdirən mütəfəkkir və sənətçilərin toplaşdığı nüfuzlu dərnəklərə başçılıq edirmiş. Rusiyada simvolizmin dəbdən düşdüyü zamanda Akhmatova və müasirləri akmeizm adlı cərəyanın önündə gedirdilər.

Akmeizmə görə poeziya və təsviri incəsənət yox yerdən yaranmalı deyildi, bacarıq və düşünülmüş işin nəticəsi olmalı idi. Akhmatova və müasirləri mistikanı gündəlik həyatda və insanın şəxsi emosiyalarında görürdülər (əksinə deyil). "O sevirdi" adlı şeir yaradıcılığının ilk dövrlərinə yaxşı nümunədir.

ƏXLAQA SKEPTİK YANAŞMA

Rusiya inqilabından sonra Akhmatova-nın böyüdüyü dünya və onun dəyərləri sürətlə dağılmağa başlayıb. "Cazibəli şimal: Tomas Venclova ilə söhbət" adlı kitabın müəlliflərindən biri Ellen Hinsey deyir ki, İkinci Dünya müharibəsindən sonra insanlar əxlaqa skeptik yanaşmağa başlayıblar. Onun sözlərinə görə, müharibədən sonra hər şey "köhnə dəbli və riyakar bir şey kimi görülürdü".

Şairənin birinci əri ilə tanış olduğu dəbdəbəli mühit artıq yox idi. Akhmatova-nın akmeist həmfikirlərinin çoxu ölkəni tərk etmişdi. Ancaq artıq boşanmış və ana olan Akhmatova vətəndə qalmaqda israrlı idi. Onun şeirlərində daim Rusiya və onun tarixinə bağlılıq sezilir. Bu, hətta vətəndaş müharibəsi dövründə də belə idi. Rusiyanın üzləşdiyi problemlər Akhmatova-nın ona sədaqətini daha da artırıb.

Artıq Stalin dövründə onun həyatında öyrəşdiyi Qara dəniz sahillərindəki bağ evləri və Sankt-Peterburq ətrafındakı geniş evlər yox idi.

Rus ailələr basırıq kommunal mənzillərdə yaşayırdı. Çörək növbələri də, qonşunun sizi güdməsi haqda düşüncələr də artıq gündəlik həyatın adi bir parçasına çevrilmişdi. Bunun ardınca bir gecə xüsusi xidmətlər sizin evinizə gələ, sizi birbaşa Sibirə göndərə bilərdilər.

Artıq stalinist dəyərlərlə ayaqlaşan vətənpərvər şeirlər yazmaq tələb olunurdu. Di gəl, yeni rejimin iradəsinin əksinə olaraq, Akhmatova öz etik dəyərlərinə sadiq idi.

STALİN HƏBSİNƏ GÖSTƏRİŞ VERMƏYİB

Yeni rejim Akhmatova-nın nə dərəcədə "əksinqilab" xətti tuta bildiyini təsəvvürünə belə gətirmirdi. Rejim tezliklə ona siyasi şeirlər yazmağı tövsiyə etdiyinə görə peşman olacaqdı. Akhmatova-nın yaradıcılığında mistik akmeist sevgi şeirlərindən inqilabdan sonrakı Rusiyada gündəlik həyatın təsvirinə keçid baş verdi. Beləliklə də o, Joseph Stalinə qarşı çıxmış oldu.

Rejim Akhmatova-nın mənzilini dinləmə qurğuları ilə doldurdu, dostlarını və ailə üzvlərini həbs etdi və qətlə yetirdi, oğlunu QULAQ-a (Düşərgə və Təcridxanalar Baş İdarəsi) göndərdi. Birinci həyat yoldaşı bolşevik xüsusi xidmətləri tərəfindən edam olundu. İkinci əri Nikolai Punin Stalin terroru dövründə dəfələrlə həbs edildikdən sonra 1950-ci ildə Vorkudada QULAQ-da vəfat etdi. Təkcə oğlu Lev təxminən iyirmi il müxtəlif əmək düşərgələrində olsa da, sağ qala bildi. Sonuncu dəfə ona 10 il iş verilmişdi. Sonradan, Stalinin ölümündən sonra o, tanınmış tarixçi və coğrafiyaçı oldu. 

Akhmatova-nın özü yoxsulluğa sürüklənib. Ancaq Stalin heç zaman onun həbsinə dair sənədləri imzalamadığı üçün həbsdən yayına bilib. Daim izlənməsinə, həbs və edam təhlükəsinə baxmayaraq, yazmağa davam edib. Dostları onun şeirlərini əzbərləməklə qoruyub saxlaya biliblər. Orijinal mətnləri isə yandırıblar.

Bu qədər təzyiqə rəğmən Akhmatova və yaradıcılığı Stalinin qəddar rejimindən çıxa bilib. Onun özü Stalinin ölümündən sonra daha 10 il yaşayıb. Bu müddət ərzində o, Rusiyaya sədaqətinə və insanların başına gələnləri təsvir etdiyinə görə alqışlanıb. O, hətta yenidən Avropaya səyahət edərək həyatda qalmış dostlarını ziyarət edə, yaradıcılığının dəyərləndirildiyini görə bilib.






Загрузка...


Губернаторы России
Москва

Собянин рассказал о программе развития туризма столицы до 2030 года


Спорт в России и мире
Москва

Спортсмены Якутии стали бронзовыми призерами чемпионата России по вольной борьбе


Загрузка...

Все новости спорта сегодня


Новости тенниса
WTA

Андреева обыграла Паолини и вышла в 1/4 финала турнира WTA в Мадриде


Загрузка...


123ru.net – это самые свежие новости из регионов и со всего мира в прямом эфире 24 часа в сутки 7 дней в неделю на всех языках мира без цензуры и предвзятости редактора. Не новости делают нас, а мы – делаем новости. Наши новости опубликованы живыми людьми в формате онлайн. Вы всегда можете добавить свои новости сиюминутно – здесь и прочитать их тут же и – сейчас в России, в Украине и в мире по темам в режиме 24/7 ежесекундно. А теперь ещё - регионы, Крым, Москва и Россия.


Загрузка...

Загрузка...

Экология в России и мире
Москва

Воспитанник Московского дворца пионеров стал лауреатом конкурса «Эксперимент в космосе. Космос для всех»





Путин в России и мире
Москва

Участников СВО обучат для работы в органах власти


Лукашенко в Беларуси и мире
Минск

В Минске одобрен проект соглашения о системе таможенного транзита ЕАЭС




123ru.netмеждународная интерактивная информационная сеть (ежеминутные новости с ежедневным интелектуальным архивом). Только у нас — все главные новости дня без политической цензуры. "123 Новости" — абсолютно все точки зрения, трезвая аналитика, цивилизованные споры и обсуждения без взаимных обвинений и оскорблений. Помните, что не у всех точка зрения совпадает с Вашей. Уважайте мнение других, даже если Вы отстаиваете свой взгляд и свою позицию. Smi24.net — облегчённая версия старейшего обозревателя новостей 123ru.net.

Мы не навязываем Вам своё видение, мы даём Вам объективный срез событий дня без цензуры и без купюр. Новости, какие они есть — онлайн (с поминутным архивом по всем городам и регионам России, Украины, Белоруссии и Абхазии).

123ru.net — живые новости в прямом эфире!

В любую минуту Вы можете добавить свою новость мгновенно — здесь.





Зеленский в Украине и мире

Навальный в России и мире


Здоровье в России и мире


Частные объявления в Вашем городе, в Вашем регионе и в России






Загрузка...

Загрузка...



Булат Окуджава

«Синий троллейбус» будет курсировать по улицам Иркутска 9 и 10 мая под песни Булата Окуджавы



Москва

Власти могут упростить экспорт алмазов из России

Друзья 123ru.net


Информационные партнёры 123ru.net



Спонсоры 123ru.net