Добавить новость
123ru.net
World News in Azerbaijani
Январь
2018

Bədii əsərləri tərcümə edən maşınlar nə vaxt olacaq?

0
Google tərcümələri bu vaxtadək lağlağılara və lətifələrə çox qida verib. Buna baxmayaraq ekspertlər fəaliyyətsiz dayanmırlar. Ən maraqlısı və həyəcanvericisi isə budur ki, hazırda bədii ədəbiyyatın maşınla tərcüməsi sahəsində böyük irəliləyiş əldə olunub.


Maşın tərcüməsi və onun inkişafı barədə materialları dərc edən Slator saytı bu dəfə bədii ədəbiyyatın maşınla tərcüməsinin hazırkı vəziyyətindən bəhs edir.


Məqalədə deyilir ki, hazırda maşın tərcüməsi sahəsində inkişaf etdirilən ən qabaqcıl sahə neyron maşın tərcüməsi (neural machine translation - NMT) sistemi sayılır.


Ən son məlumata görə bu sistemlə tərcümə olunmuş bədii materialın 17-31 faizi peşəkar insan tərcüməçinin tərcüməsindən demək olar, fərqlənməyib.


Söhbətin bədii tərcümədən getdiyi nəzərə alınarsa, bunun az və ya çox olduğunu demək çətindir və buna görə də NMT eksperti Samuel Läubli Sürixdə keçirilən müzakirə zamanı gələcək üçün hər hansı proqnoz verməkdən çəkinib.


Amma bəlli olan budur ki, neyron maşın tərcüməsi ilə tərcümə getdikcə dəqiqliyini artırır.


Ən azı NMT-nin, ayrı-ayrı ifadələrin tərcüməsinə əsaslanan köhnə PBSMT (phrase-based) sistemindən daha yaxşı olduğu bəllidir.


Sınaq zamanı hər iki sistemdən olan maşınlara 100 milyonadək söz “öyrədilib”. Bundan sonra onlara Hemingway-in “Dəniz və qoca”, Hosseini-nin “Min parlaq günəş”, Orwell-in “1984”, Rowling-in “Harry Potter”, Salinger-in “Çovdarlıqda uçurumdan qoruyan” kimi 1920-ci ildən bu yana yazılmış 12 əsər verilib.


Ən maraqlısı isə budur ki, sözü gedən əsərlər ingiliscədən Katalan dilinə tərcümə edilməliydi.


Bundan əvvəl, 2015-ci ildə daha köhnə PBSMT maşını ilə ispancadan katalancaya tərcüməsi tapşırılmışdı.


Təcrübə zamanı Katalan dilini ona görə seçmişdilər ki, bu “ortahəcmli” Avropa dillərindən sayılır və bu dilə aid electron tərcümə materialı daha çoxdur.


Təcrübədən sonra PBSMT və NMT maşınlarının “məhsulu” müqayisə edilib. Qiymətləndirməni Katalan dili doğma dili olan və ingiliscə səlis danışan iki nəfərə tapşırmışdılar. Bu iki ekspertin peşəkar linqvist bilikləri vardı.


İki tərcümə maşını arasında NMT 11 faiz fərqlə qalib gəlib.


Yekunda sözü gedən 12 əsərdən üçü daha dərin təhlil üçün seçilib. Bunlar “1984”, “Harry Potter” və “Çovdarlıqda uçurumdan qoruyan” əsərləri idi.


Daha sonra ekspertlər tərcümələri redaktə etməyə başlayıblar. Canlı (insan) redaktor Rowling və Salinger-in tərcüməsində mətnin 30 faizini redaktə etməli olub.Orwell-in maşın tərcüməsinin yalnız 16 faizini redaktə etmək lazım gəlib.


Beləliklə, məlum olub ki, maşın Orwell-i daha asan tərcümə edə bilib.


Bu nəticələri göstərən NMT sisteminin üzərində iş üçün 3 il vaxt lazım gəlib. Sistemin qurucuları ümid edirlər ki, maşın tərcüməsinin uğurları ildən-ilə daha çox olacaq.





Загрузка...


Губернаторы России

Спорт в России и мире

Загрузка...

Все новости спорта сегодня


Новости тенниса

Загрузка...


123ru.net – это самые свежие новости из регионов и со всего мира в прямом эфире 24 часа в сутки 7 дней в неделю на всех языках мира без цензуры и предвзятости редактора. Не новости делают нас, а мы – делаем новости. Наши новости опубликованы живыми людьми в формате онлайн. Вы всегда можете добавить свои новости сиюминутно – здесь и прочитать их тут же и – сейчас в России, в Украине и в мире по темам в режиме 24/7 ежесекундно. А теперь ещё - регионы, Крым, Москва и Россия.


Загрузка...

Загрузка...

Экология в России и мире




Путин в России и мире

Лукашенко в Беларуси и мире



123ru.netмеждународная интерактивная информационная сеть (ежеминутные новости с ежедневным интелектуальным архивом). Только у нас — все главные новости дня без политической цензуры. "123 Новости" — абсолютно все точки зрения, трезвая аналитика, цивилизованные споры и обсуждения без взаимных обвинений и оскорблений. Помните, что не у всех точка зрения совпадает с Вашей. Уважайте мнение других, даже если Вы отстаиваете свой взгляд и свою позицию. Smi24.net — облегчённая версия старейшего обозревателя новостей 123ru.net.

Мы не навязываем Вам своё видение, мы даём Вам объективный срез событий дня без цензуры и без купюр. Новости, какие они есть — онлайн (с поминутным архивом по всем городам и регионам России, Украины, Белоруссии и Абхазии).

123ru.net — живые новости в прямом эфире!

В любую минуту Вы можете добавить свою новость мгновенно — здесь.






Здоровье в России и мире


Частные объявления в Вашем городе, в Вашем регионе и в России






Загрузка...

Загрузка...





Друзья 123ru.net


Информационные партнёры 123ru.net



Спонсоры 123ru.net