Mərkəzi Nəbatat Bağında yeni qızılgül sortları yetişdirilir
0
Azərbaycan Milli Elmlər Akademiyasının Mərkəzi Nəbatat Bağında xarici ölkələrdən gətirilən qızılgüllərin növ və sortlarının kolleksiyası toplanır, elmi əsaslarla öyrənilir, introduksiyası və seleksiyası həyata keçirilir. Hazırda Nəbatat Bağında 575 qızılgül sortu toplanılıb. Seleksiya və hibridləşmə üsulu ilə qızlgülün 31 növü əldə edilib