Türkiyə və Rusiyada aşkarlanan “quş qripi”nin Azərbaycana keçmə təhlükəsi varmı?
Türkiyənin Mardin və Rusiyanın Kostroma vilayətlərindən Azərbaycana diri quş, quş əti və quşçuluq məhsulları idxal olunmur.
Bunu AZƏRTAC-a açıqlamasında Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Nəzarəti Xidmətinin mətbuat xidmətinin rəhbəri Yolçu Xanvəli bildirib