Добавить новость
123ru.net
World News in Azerbaijani
Январь
2018

Vaşinqtonda Rusiya səfirliyinin ünvanı ‘Nemtsov Plaza 1’ olacaq

0
ABŞ paytaxtı Vaşinqtonun şəhər bələdiyyəsi Rusiya səfirliyinin qarşısındakı küçəyə qətlə yetirilmiş Rusiya müxalifət lideri Boris Nemtsovun adını verməyi planlaşdırır. Moskva Vaşinqtonun bu niyyəti ilə bağlı şikayətini bildirib.


Yanvarın 9-da keçirilmiş iki ayrı-ayrı səsvermə ilə Vaşinqton şəhərinin bələdiyyə şurası Boris Nemtsov Plaza qanununu birinci oxunuşda qəbul edib və küçə adının dəyişdirilməsinə dair qanun yekdilliklə təsdiq olunub.


Qərara görə Wisconsin Avenue küçəsinin Rusiya səfirliyinin qarşısındakı sektoru Rusiyanın islahatçı siyasətçisi və prezident Vladimir Putinin qatı tənqidçisi Nemtsovun adını daşıyacaq. Nemtsov 2015-ciilin 27 fevralınada, Moskvada, Kreml divarlarının yaxınlığında güllələnərək qətlə yetirilib.


Bu da xəbər verilir ki, şəhər hakimiyyəti qərarın icrası üçün Nümayəndələr Palatasının Daxili İşlər Alt Komitəsinin razılığını almalıdır, lakin bu ad dəyişməsi barədə qərarın yazıldığı lövhə Nemtsovun ölümünün üçüncü ildönümü gününə qədər ucaldılacaq.


Şəhərin baş magistralının bir hissəsinin adının dəyişdirilməsi barədə qərar ABŞ Senatı və Konqresinə 2017-ci ildə təqdim olunsa da, hələlik səsə qoyulmayıb.


Senata təqdim edilmiş qanun layihəsində deyilir ki, Rusiya səfirliyi, konsulluğu və səfirin iqamətgahının yeni ünvanı Boris Nemtsov Plaza 1 adlanacaq.


Rusiya rəsmiləri keçmişdə bu addəyişmə ilə bağlı narazılıqlarını Amerika tərəfinə bildiriblər. Lakin Kremlin sözçüsü Dmitri Peskov yanvarın 10-da deyib ki, səfirliyin qarşısındakı küçənin nə adlanması şəhər bələdiyyəsinin özünə aid bir işdir.


Peskov bidlririb ki, “bu, şəhər hakimiyyətinin səlahiyyətində olan bir məsələdir, amma yumşaq deyilsə, iki ölkə arasında qarşılıqlı münasibətlərin heç də arzuolunan vaxtına təsadüf etmir”.


Rusiya müxalifətçisi və Boris Nemtsov Azadlıq Fondunun sədri Vladimir Kara-Murza özünün Facebook səhifəsində yazıb ki, şəhər bələdiyyəsinin qərarı fevralın 27-də qüvvəyə minəcək.




Moskvada Nemtsovun tərəfdarları onun qətlə yetirildiyi yerdə icazəsiz xatirə guşəsi qurublar, lakin bu guşə polis və naməlum şəxslər tərəfindən dəfələrlə dağıdılıb.


Nemtsovun bir vaxtlar Moskvada yaşadığı binanın divarına ötən sentyabrda vurulmuş xatirə lövhəsi isə şəhər rəsmiləri tərəfindən “qanunsuz” elan edilib və bir həftə sonra SERB adlanan kremlyönlü radikal qruplaşma tərəfindən sökülüb.


Ötən iyun ayında Moskva məhkəməsi Çeçenistandan olan 5 nəfəri Nemtsovun qətlində təqsirli bilərək 11 ildən 20 ilədək azadlıqdan məhrum edib.


Lakin Nemtsovun yaxınları inanırlar ki, onun qətli daha yuxarı səviyyədə sifariş edilib.




Dekabr ayında Vaşinqtonda keçirilən ictimai dinləmədə Nemtsovun qızı Janna Nemtsova demişdi ki, Putin hökuməti atasının xatirəsini “yaddaşlardan silməyə” çalışır.


Onun sözlərinə görə “Kreml rəmzlərin mühüm olduğunu və nəticədə dəyişikliyə ilhamlandırdığını yaxşı bilir”.


Nemtsova deyib ki, Vaşinqton küçəsinə Nemtsovun adının verilməsi xəbəri Kremli bu səbəbdən narahat edib:


"Təcridolunmanın və geriqalmışlığın hökmran olduğu bugünkü Rusiya siyasətində açıqlığın, qlobal demokratik yanaşmanın və bazar islahatlarının simvolalrına çox böyük ehtiyac var”.


Vaşinqton şəhər bələdiyyə şurasının üzvü Mary Cheh deyib ki, “Nemtsovun siyasi inanclarına, populyarlığına və Rusiya hökumətini açıq tənqid etməsinə görə öldürüldüyü şübhə doğurmur”.


Cheh bunu da əlavə edib ki, Nemtsovun xatirəsinin əbədiləşdirilməsinin qarşısını almağa çalışan Kreml bunu Vaşinqtonda edə bilməyəcək.





Загрузка...


Губернаторы России

Спорт в России и мире

Загрузка...

Все новости спорта сегодня


Новости тенниса

Загрузка...


123ru.net – это самые свежие новости из регионов и со всего мира в прямом эфире 24 часа в сутки 7 дней в неделю на всех языках мира без цензуры и предвзятости редактора. Не новости делают нас, а мы – делаем новости. Наши новости опубликованы живыми людьми в формате онлайн. Вы всегда можете добавить свои новости сиюминутно – здесь и прочитать их тут же и – сейчас в России, в Украине и в мире по темам в режиме 24/7 ежесекундно. А теперь ещё - регионы, Крым, Москва и Россия.


Загрузка...

Загрузка...

Экология в России и мире




Путин в России и мире

Лукашенко в Беларуси и мире



123ru.netмеждународная интерактивная информационная сеть (ежеминутные новости с ежедневным интелектуальным архивом). Только у нас — все главные новости дня без политической цензуры. "123 Новости" — абсолютно все точки зрения, трезвая аналитика, цивилизованные споры и обсуждения без взаимных обвинений и оскорблений. Помните, что не у всех точка зрения совпадает с Вашей. Уважайте мнение других, даже если Вы отстаиваете свой взгляд и свою позицию. Smi24.net — облегчённая версия старейшего обозревателя новостей 123ru.net.

Мы не навязываем Вам своё видение, мы даём Вам объективный срез событий дня без цензуры и без купюр. Новости, какие они есть — онлайн (с поминутным архивом по всем городам и регионам России, Украины, Белоруссии и Абхазии).

123ru.net — живые новости в прямом эфире!

В любую минуту Вы можете добавить свою новость мгновенно — здесь.






Здоровье в России и мире


Частные объявления в Вашем городе, в Вашем регионе и в России






Загрузка...

Загрузка...





Друзья 123ru.net


Информационные партнёры 123ru.net



Спонсоры 123ru.net