Tərtərdə 3852,1 ton xurma istehsal edilib
0
Tərtər rayonunun xurma bağlarında məhsul yığımı başa çatıb.
Rayon statistika idarəsindən AZƏRTAC-a bildiriblər ki, rayonda 410,4 hektar xurma bağı var. Bu bağların 288,4 hektarı bar verəndir. Bu il rayonda xurma bağlarından 3852,1 ton məhsul toplanılıb. Bu da ötən ilki göstəricidən 615,5 ton çoxdur
