Azərbaycan Respublikası Energetika Nazirliyinin tabeliyində Enerji Məsələlərini Tənzimləmə Agentliyinin yaradılması haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı
0
Son illərdə qeyri-neft sektorunda yeni istehsal sahələrinin açılması, şəhər, qəsəbə və kəndlərin mühəndis-kommunikasiya təminatı sistemlərinin daha da yaxşılaşdırılması, infrastrukturun genişləndirilməsi ölkəmizin dayanıqlı və dinamik inkişafının prioritet istiqaməti olmuşdur