2017-ci il Formula-1 Azərbaycan Qran-Prisi ilin ən yaxşı yarışı seçilib
0
2017-ci ildə Bakıda keçirilən Formula-1 yarışı dünyanın aparıcı kütləvi informasiya vasitələrində keçirilmiş sorğularda avtoidman azarkeşləri, media nümayəndələri və “Paddok Klub”un təmsilçilərinin əksəriyyəti tərəfindən mövsümün ən həyəcanlı və ən gözlənilməz anlarla dolu yarışı kimi qiymətləndirilib