Добавить новость
123ru.net
World News
Август
2022

Almaniya kanslerinin reytinqi rekord həddə aşağı düşüb

0
Almaniya kansleri Olaf Şolzun və hakim "svetofor" koalisiyasının reytinqləri 2021-ci ilin dekabrından bəri ən aşağı səviyyəyə düşüb. (Almaniyada idarəedici koalisiyaya daxil olan SPD, FDP və Bündnis 90/Die Grünen partiyalarının ənənəvi rəngləri svetoforun rənglərinə-qırmızı-sarı-yaşıl-uyğun gəlir.)


Bu barədə DW (Alman Dalğası radiosu) İnsa sosioloji institutunun sorğusunun məlumatlarına istinadən xəbər verir.


Avqustun 21-də dərc olunmuş sorğunun nəticələrinə görə, almanların demək olar ki, üçdə ikisi - 62 faizi Şolzun işindən narazı, yalnız dörddə biri  razıdır.


Bu, almanların 46 faizinin kanslerin hərəkətlərini müsbət qiymətləndirdiyi mart ayı ilə müqayisədə təxminən iki dəfə azdır.


Hakim koalisiyanın reytinqi də rekord həddə düşüb. Respondentlərin 65 faizi federal hökumətin işindən narazıdır. Rəyi soruşulanların 27 faizi hökumətin işini müsbət qiymətləndirib ki, bu da mart ayı ilə müqayisədə 17 faiz azdır.


DW yazdığına görə, sorğudan belə nəticə çıxır ki, kanslerin birbaşa seçilməsi halında Olaf Şolz indi yalnız üçüncü yeri tutardı.


2021-ci ilin dekabrında 63 yaşlı Olaf Şolz Almaniyanın federal kansleri seçilib.


Bundestaqın 395 deputatı onun namizədliyinə səs verib. O, 16 il hökumət başçısı olmuş Angela Merkeli əvəzləyib.


Şolz kansler olana qədər iki il Almaniya hökumətində əmək naziri, təxminən 7 il Hamburqun ilk meri, 2018-ci ilin mart ayından isə Almaniya Maliyyə Nazirliyinə rəhbərlik edib və eyni zamanda vitse-prezident vəzifəsində çalışıb.


Ukraynada müharibə başlayandan sonra Avropada elektrik enerjisinin qiyməti xeyli artıb. Bunununl ada avqustda Almaniyada topdansatış bazarında elektrik enerjisinin qiyməti  təxminən altı dəfə artıb.


Belə bir vəziyyətin yaranmasına Rusiyadan qaz tədarükünün azaldılması, həmçinin  yayda havaların çox isti keçməsinin təsir etdiyi bildirilir.


Avqustun 15-də Latviya, Litva, Polşa, Çexiya və Estoniya kimi bir sıra Avropa İttifaqı (Aİ) ölkələrinin liderlərindən fərqli olaraq, Almaniya kansleri növbəti dəfə ruslar üçün viza rejiminin kəskin şəkildə sərtləşdirilməsinə qarşı çıxıb.


Scholz öz mövqeyini bununla əsaslandırır ki, bu, Putin rejimindən qaçan Rusiya sakinləri üçün təhlükə yaradır. Bundan əvvəl Ukrayna prezidenti Volodimir Zelenski  Qərb ölkələrini Rusiya vətəndaşlarına viza verməməsini dayandırmağa çağırıb. Bundan əlavə, bir neçə Aİ ölkəsi Şengen zonasında belə bir tədbirin həyata keçirilməsi imkanını gündəmə gətirib.





Загрузка...


Губернаторы России

Спорт в России и мире

Загрузка...

Все новости спорта сегодня


Новости тенниса

Загрузка...


123ru.net – это самые свежие новости из регионов и со всего мира в прямом эфире 24 часа в сутки 7 дней в неделю на всех языках мира без цензуры и предвзятости редактора. Не новости делают нас, а мы – делаем новости. Наши новости опубликованы живыми людьми в формате онлайн. Вы всегда можете добавить свои новости сиюминутно – здесь и прочитать их тут же и – сейчас в России, в Украине и в мире по темам в режиме 24/7 ежесекундно. А теперь ещё - регионы, Крым, Москва и Россия.


Загрузка...

Загрузка...

Экология в России и мире




Путин в России и мире

Лукашенко в Беларуси и мире



123ru.netмеждународная интерактивная информационная сеть (ежеминутные новости с ежедневным интелектуальным архивом). Только у нас — все главные новости дня без политической цензуры. "123 Новости" — абсолютно все точки зрения, трезвая аналитика, цивилизованные споры и обсуждения без взаимных обвинений и оскорблений. Помните, что не у всех точка зрения совпадает с Вашей. Уважайте мнение других, даже если Вы отстаиваете свой взгляд и свою позицию. Smi24.net — облегчённая версия старейшего обозревателя новостей 123ru.net.

Мы не навязываем Вам своё видение, мы даём Вам объективный срез событий дня без цензуры и без купюр. Новости, какие они есть — онлайн (с поминутным архивом по всем городам и регионам России, Украины, Белоруссии и Абхазии).

123ru.net — живые новости в прямом эфире!

В любую минуту Вы можете добавить свою новость мгновенно — здесь.






Здоровье в России и мире


Частные объявления в Вашем городе, в Вашем регионе и в России






Загрузка...

Загрузка...





Друзья 123ru.net


Информационные партнёры 123ru.net



Спонсоры 123ru.net