Добавить новость
123ru.net
World News
Июнь
2021

Erməni ekspert: Şuşa bəyannaməsi Ermənistana təhlükə yaratmır

0
Türkiyəli araşdırmaçı, Mərkəzi Asiya Araşdırma Forumu Kitab Seriyalarının redaktoru Harun Yılmaz hesab edir ki, bu, Qarabağ müharibəsi vaxtı Türkiyə-Azərbaycan hərbi müttəffiqliyinin qanuni əsasıdır: 


“Bu, hərbi ittifaq müqaviləsidir. Müharibə vaxtı Türkiyənin dəstəyini bir formata salan bir mətndir. Eyni zamanda, Şuşa müqaviləsi qarşıdakı Qarabağ danışıqlarında Azərbaycanın mövqeyini diplomatik və hərbi cəhətdən möhkəmləndirir, bu məqsədə xidmət edən bir konsensusdur.  Bölgənin önümüzdəki onilliklərdə birgə inkişafı üçün Ermənistan və Rusiya ilə əlaqəli bir razılaşma ortaya çıxmalıdır”.


Prezident İlham Əliyevi iyunun 15-də deyib ki, Şuşa bəyannaməsi 100 il əvvəl imzalanmış Qars sazişinə istinad edir. Qars sazişi Türkiyə ilə Azərbaycanın müttəfiqliyi, o cümlədən iki ölkə arasında quru yolunun yaradılmasını nəzərdə tutur.


Belə bir məqam Rusiya, Ermənistan və Azərbaycan arasında imzalanımış “10 noyabr” atəşkəs sazişində də nəzərdə tutulub, amma hələ ki, icrası başlamayıb.




Rusiya hələki münasibət bildirməyib


Yerevanda Regional Araşdırmalar Mərkəzinin rəhbəri Riçard Giraqosyan AzadlıqRadiosuna deyib ki, onun fikrincə, bu bəyannamə Ermənistana təhlükə yaratmır: 


“Səmimi desəm, bu bəyanatın əsas sınağı onun icrası zamanı olacaq. Başqa sözlə, bu bəyannamə Ermənistan üçün təhdid kimi görünməməlidir.  Ticarət və nəqliyyat əlaqələrinin bərpası regionda bütün ölkələrin birgə qələbəsidir. Qeyd edim ki, bu bəyannamədə sürpriz bir şey yoxdur, onun bir çox detalları gözlənilən idi, normaldır və təbiidir. Amma əlbəttə ki, əsl sınaq onun icrası vaxtı olacaq. Və önəmli başqa bir məsələ Rusiyanın ona reaksiyasıdır. Bunu isə biz hələ ki, bilmirik”. 


 




Siyasi şərhçi Rauf Mirqədirov isə deyir ki, ümumilikdə Şuşa bəyannaməsinə lazım olduğundan artıq dəyər vermək lazım deyil və bu sadəcə niyyət sənədidir. Bununla belə o hesab edir ki, Şuşada konsulluğun açılması ciddi addımdır:


“Bu, siyasi jestdir, Türkiyənin siyasi iradəsinin nümayişidir. Amma geniş mənada Dağlıq Qarabağdakı qüvvələr nisbətinin dəyişdirilməsi üçün, qüvvələr nisbətinin Türkiyənin və Azərbaycanın maraqları istiqamətində dəyişdirilməsi üçün kifayət deyil”. 


 




10 noyabr bəyanatı səviyyəsində bir sənəd


Rauf Mirqədirov bildirir ki, bu bəyannaməyə daha yüksək hüquqi dərəcə verilməsinə, Milli Məclisdə təsdiqlənməsinə ehtiyac yoxdur, bu da 10 noyabr səviyyəsində bir sənəddir.


Siyasi şərhçi Şahin Cəfərli hesab edir ki, bu sənəd Azərbaycanla Türkiyə arasında 2010-cu ildə imzalanmış dövlətlərarası müqavilənin əsasən təkrarıdır. Amma burda bir neçə yeni məqam var. 


Bunlardan biri də iki ölkə Təhlükəsizlik şuralarının birgə toplantılarının keçirilməsi barədə razılıqdır. Bu, o deməkdir ki, müdafiə və təhlükəsizlik sahəsində siyasət əlaqələndiriləcək. 


Şərhçi hesab edir ki, ümumilikdə Türkiyə-Azərbaycan əməkdaşlığı yeni səviyyəyə qaldırılır və konfederativ münasibətlərə bənzər əməkdaşlıq qurulur. 


Türkiyə Azərbaycanın tarixi mütəffəqidir və 2020-ci il Qarabağ müharibəsində Azərbaycana önəmli siyasi dəstək verib. 





Загрузка...


Губернаторы России

Спорт в России и мире

Загрузка...

Все новости спорта сегодня


Новости тенниса

Загрузка...


123ru.net – это самые свежие новости из регионов и со всего мира в прямом эфире 24 часа в сутки 7 дней в неделю на всех языках мира без цензуры и предвзятости редактора. Не новости делают нас, а мы – делаем новости. Наши новости опубликованы живыми людьми в формате онлайн. Вы всегда можете добавить свои новости сиюминутно – здесь и прочитать их тут же и – сейчас в России, в Украине и в мире по темам в режиме 24/7 ежесекундно. А теперь ещё - регионы, Крым, Москва и Россия.


Загрузка...

Загрузка...

Экология в России и мире




Путин в России и мире

Лукашенко в Беларуси и мире



123ru.netмеждународная интерактивная информационная сеть (ежеминутные новости с ежедневным интелектуальным архивом). Только у нас — все главные новости дня без политической цензуры. "123 Новости" — абсолютно все точки зрения, трезвая аналитика, цивилизованные споры и обсуждения без взаимных обвинений и оскорблений. Помните, что не у всех точка зрения совпадает с Вашей. Уважайте мнение других, даже если Вы отстаиваете свой взгляд и свою позицию. Smi24.net — облегчённая версия старейшего обозревателя новостей 123ru.net.

Мы не навязываем Вам своё видение, мы даём Вам объективный срез событий дня без цензуры и без купюр. Новости, какие они есть — онлайн (с поминутным архивом по всем городам и регионам России, Украины, Белоруссии и Абхазии).

123ru.net — живые новости в прямом эфире!

В любую минуту Вы можете добавить свою новость мгновенно — здесь.






Здоровье в России и мире


Частные объявления в Вашем городе, в Вашем регионе и в России






Загрузка...

Загрузка...





Друзья 123ru.net


Информационные партнёры 123ru.net



Спонсоры 123ru.net