Добавить новость
123ru.net
World News
Май
2021

Ermənistandakı Rusiya bazasının iki dayaq məntəqəsi yaradılıb (Video)

0
Ermənistanın Syunik vilayətində Rusiyanın 102-ci bazasının iki dayaq məntəqəsi yaradılıb.


Reuters agentliyi bildirir ki, bu barədə məlumatı mayın 3-də baş nazirin vəzifəsini icra edən Nikol Paşinyan parlamentin sessiyasında verib.


Onun sözlərinə görə, Ermənistan sərhədlərinin müdafiəsi Rusiya-Ermənistan birgə qoşun  qruplaşmasının “gücü və səyləri” ilə həyata keçirilir:


"Bu təkcə Syunik vilayətinin yox, bütün Ermənistanın təhlükəsizliyi üçün qarantiyadır”.


Ermənistandakı Rusiya hərbi bazasının dayaq məntəqələrinin yaradılması planları barədə Paşinyan hələ aprelin 14-də məlumat vermişdi.


Onun sözlərinə görə Rusiya-Ermənistan hərbi ittifaqı Ermənistanın xarici təcavüzə qarşı müdafiəsində əsas element olacaq.




21 kilometrin çətinliyi


Syunik vilayəti eyni zamanda Azərbaycanın Naxçıvan bölgəsi ilə həmsərhəddir.


Bu vilayətin sakinləri 44 günlük müharibədən və Azərbaycanın Ermənistan sərhədi boyunca işğal edilmiş ərazilərinin azad olunmasından sonra Azərbaycan hərbi postlarının onların kəndlərinə çox yaxın olmasından narahatlıq və qorxu ifadə edirdilər.


Paşinyan bildirib ki, Syunik vilayəti ilə Azərbaycanın Qubadlı və Zəngilan rayonları zonasında Ermənistan və Azərbaycan arasında dövlət sərhədinin dəqiqləşdirilməsi çətinliklərlə üzləşir, beləki Ermənistanın Gorus və Qafan şəhərləri arasındakı magistralın 21 kilometri Azərbaycanın ərazisinə düşür.


Bundan əvvəl Ermənistan Gorus-Qafan yolunun sözü gedən sektoruna Rusiya sərhəd qoşunları tərəfindən nəzarət edilməsini istəmişdi.




Xatırlatma


2020-ci il sentyabrın 27-də Azərbaycan və Ermənistan silahlı qüvvələrinin təmas xəttində ağır döyüşlər başlamışdı. 44 günlük bu müharibə və sonrakı razılaşma nəticəsində Azərbaycan Dağlıq Qarabağın bir hissəsinə və ətraf yeddi rayona nəzarəti ələ alıb.


10 noyabr razılaşmasına (Azərbaycan, Ermənistan və Rusiya rəhbərləri arasında) əsasən, həmçinin Laçın dəhlizində və qoşunların təmas xəttində isə Rusiya sülhməramlıları yerləşdirilib.


Keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətinin çox hissəsinin tanınmayan qurumun və Rusiya sülhməramlılarının nəzarətində qaldığı bildirilir.


Bu il yanvarın 11-də Moskvada Azərbaycan, Rusiya prezidentləri və Ermənistanın baş naziri üçtərəfli bəyanat da imzalayıblar.


Bu bəyanat, əsasən, regionda nəqliyyat infrastrukturunun, iqtisadi əlaqələrin bərpa və genişləndirilməsini nəzərdə tutur.


Müasir mərhələdə Qarabağ münaqişəsi Ermənistanın Azərbaycana ərazi iddiaları ilə 1988-ci ildə başlayıb.


1994-cü ildə gerçəkləşən atəşkəs razılaşmasına qədər (Birinci Qarabağ Müharibəsi) Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ona bitişik 7 rayonu işğal edilmişdi.





Загрузка...


Губернаторы России

Спорт в России и мире

Загрузка...

Все новости спорта сегодня


Новости тенниса

Загрузка...


123ru.net – это самые свежие новости из регионов и со всего мира в прямом эфире 24 часа в сутки 7 дней в неделю на всех языках мира без цензуры и предвзятости редактора. Не новости делают нас, а мы – делаем новости. Наши новости опубликованы живыми людьми в формате онлайн. Вы всегда можете добавить свои новости сиюминутно – здесь и прочитать их тут же и – сейчас в России, в Украине и в мире по темам в режиме 24/7 ежесекундно. А теперь ещё - регионы, Крым, Москва и Россия.


Загрузка...

Загрузка...

Экология в России и мире




Путин в России и мире

Лукашенко в Беларуси и мире



123ru.netмеждународная интерактивная информационная сеть (ежеминутные новости с ежедневным интелектуальным архивом). Только у нас — все главные новости дня без политической цензуры. "123 Новости" — абсолютно все точки зрения, трезвая аналитика, цивилизованные споры и обсуждения без взаимных обвинений и оскорблений. Помните, что не у всех точка зрения совпадает с Вашей. Уважайте мнение других, даже если Вы отстаиваете свой взгляд и свою позицию. Smi24.net — облегчённая версия старейшего обозревателя новостей 123ru.net.

Мы не навязываем Вам своё видение, мы даём Вам объективный срез событий дня без цензуры и без купюр. Новости, какие они есть — онлайн (с поминутным архивом по всем городам и регионам России, Украины, Белоруссии и Абхазии).

123ru.net — живые новости в прямом эфире!

В любую минуту Вы можете добавить свою новость мгновенно — здесь.






Здоровье в России и мире


Частные объявления в Вашем городе, в Вашем регионе и в России






Загрузка...

Загрузка...





Друзья 123ru.net


Информационные партнёры 123ru.net



Спонсоры 123ru.net