Leipzig`in icraçı direktoru: İndi hər şey Werner`in özündən asılıdır
RB Leipzig`in icraçı direktoru Olivier Mintzlaff klubun hücumçusu Timo Werner`in gələcəyi barədə danışıb və onun Chelsea`yə mümkün keçidini şərh edib. ONBİR Football Italia`ya istinadən Mintzlaff`ın sözlərini sitat gətitir:
“Vacib olan onunla müqaviləni uzatmaq idi, hansını ki biz keçən yay etdik. Əlbəttə ki, biz yeni müqaviləyə satınalma seçimi də əlavə etdik, çünki Werner`nun növbəti atdım atmaq şanlı olmalıdır. Buna görə də indi hər şey onun özündən asılıdır.
Hal-hazırda o, satınalma seçimini aktiv etməyib. Eyni zamanda, Chelsea daxil olmaqla heç bir klub bizimlə əlaqə saxlamayıb. Bir neçə həftə bundan qabaq Timo bizə hansısa transfer üzərində işlədiyi barədə xəbər verdi, lakin o vaxtdan bəri heçnə dəyişməyib.”
Xatırladaq ki, son zamanlar 24 yaşlı futbolçunun alman klubunu tərk edəcəyi barədə xəbərlər yayılmaqdadı və ən son onun Chelsea`yə keçməyə yaxın olduğu xəbəri mediada yer almışdı.
