Gray: İngiltərədə məni ya futbolçu, ya reper, ya da narkotik alverçisi kimi görürlər
Watford klubunun ingilis hücumçusu Andre Gray irqçilik problemi ilə bağlı həssas nöqtələrə toxunub. ONBİR Sports.ru`ya istinad edərək onun sözlərini sizə təqdim edir:
“Hələ də nə qədər cahil insan bu etiraz aksiyalarının səbəbini anlamır. Söhbət tək George Floyd və polis zorakılığından getmir. Əsas məsələ İngiltərədəki və dünyadakı mövcüd vəziyyətlə bağlıdır.
Bizim müəyyən qədər bəxtimiz gətirib ki, küçələrimizdə belə zorakı silahlı polislər yoxdur, amma bizim polislərimizdə də eyni stereotiplər var. Polislər məni dəfələrlə yolda heç bir səbəb olmadan saxlayıblar və gecə klublarında da təhlükəsizlik işçiləri ilə anlaşmazlıqlar yaşamışam.
İnsanlar mənim yaxşı maşın sürdüyümü görəndə dərhal futbolçu olub-olmadığımı soruşurlar. İngiltərədə belə bir stereotip var. Mən və mənim kimi qaradərili insanlar ya futbolçudurlar, ya reperdirlər, ya da narkotik alverçisidirlər. Təəssüf ki, bu stereotipdən daha çox faktdır.
Ona görə də buradakı etiraz aksiyalar təkcə Amerikada baş vermiş hadisələrlə bağlı deyil. Dünyanın hər yerində baş verən bu aksiyaların əsas məqsədi rasizmlə üzləşən hər kəsin həyatına müsbət şəkildə təsir etməkdir. “
