Promes: Mən futbolçün darıxıram, amma etdiyim yanlış idi
Ajax`in vinqeri Quincy Promes`in internetdə şəhərdə futbol oynaması ilə bağlı görüntüsü yayılıb. ONBİR Sports.ru`ya istinad edərək bu xəbəri sizə təqdim edir.
Promes aralarında Groningen`in futbolçusu Daishawn Redan da olmaqla 11 nəfərlə birgə Amsterdamın stadionlarından birində futbol oynayıblar. Koronavirusla bağlı olaraq insanlara şəhərə çıxmamaqla bağlı məsləhətlərə qulaq asmayan Promes bununla bağlı açıqlama verib:
“Hörmətli dostlar, əvvəlcə mənim bu yayılmış videoma görə sizdən üzr istəyirəm. Mən futbol üçün darıxıram, amma yenə də küçəyə belə şərtlər çərçivəsində çıxmağım səhv idi. Sizə bu çətin vaxtda güclü olmağınızı diləyirəm “.