Fenerbahçe`nin tək çarəsi – Vedat Muriqi
UEFA ilə arasındakı problemi hələ də həll edə bilməyən Fenerbahçe FFP çərçivəsində cəzalı olduğundan qış transfer pəncərəsində olduğu kimi yayda da eyni problemlə üzləşəcək. Belə ki, UEFA Fenerbahçe`yə maddi cəhətdən sıxıntıda olduğundan sadəcə satdığı oyunçu qədər transfer etməsinə icazə verəcək. Fenerbahçe isə diqqətini yayda müqaviləsi bitəcək olan oyunçulara yönəldəcək.
Bir digər tərəfdən isə klubun son çarəsi Vedat Muriqi olaraq görünür. Klub kosovalı oyunçunu sataraq transfer üçün büdcə ayırmaq fikrindədir. Lakin hazırda yüksək performansı ilə seçilən oyunçunun yerini doldura biləcək başqa bir oyunçu yoxdur.
Qeyd edək ki, Fenerbahçe rəhbərliyi oyunçunu ən az 25 milyon avroya satmaq fikrindədir.
