Kevin Prince Boateng: Yaxşı ki, Beşiktaş`ı seçmişəm
Qış transfer pəncərəsinin son günündə Fiorentina`dan Kevin Prince Boateng`i heyətinə cəlb edən Beşiktaş, oyunçunun sadəcə Burak Yılmaz və Umut Nayır ilə deyil, həm də N`Koudou, Diaby və Adem Ljacic ilə də rəqabətə girməsini istəyir. Bir çox pozisiyada oynaması ilə seçilən Boateng, Sergen Yalçın`ın 2-li hücumçu sxeminə də uyğun bir oyunçudur.
Boateng isə transfer olduqdan sonra mətbuata bu açıqlamaları verib:
”Kariyeramda yenidən çıxışa keçmək istəyirəm və Beşiktaş`ın bu mənada ən yaxşı klub olduğuna gönüldən inanıram. Beşiktaş azarkeşlərinin də daim mənə dəstək olacaqlarından əminəm. Ümid edirəm ki, mövsümün ikinci hissəsində daha uğurlu olarıq və mən də komandanın uğurunda rol oynayaram.”
