Donald Trump Konqresdə illik müraciətinə başlayır - Yenilənir
O millət vəkillərini və birinci ledini salamladıqdan sonra deyib:
“Cəmi üçcə ilin ərzində biz Amerika Tənəzzülü mentalitetini dağıtmışıq və Amerikanın taleyinin kiçildilməsindən imtina etmişik. Biz qısa müddət bundan əvvəl təsəvvürə belə gəlməyən sürətlə irəliləyirik və geri dönməyəcəyik!”
Trump deyib ki, ondan əvvəlki administrasiya 8 il ərzində 300 min əmək yaşlı insanı işsiz qoyub:
“Mənim administrasiyam üç ili ərzində 3, 5 milyon insan işçi qüvvəsinə qoşulub”.
Trump deyib ki, hazırda ABŞ iqtisadiyyatı həmişə olduğundan daha güclüdür.
Onun sözlərinə görə, “ordu tamamilə yenidən qurulub və dünyada misilsiz qüdrətə malikdir”.
O “sərhədlərin möhkəm olduğunu, ailələrin firavan yaşadığını, dəyərlərin təzələndiyini və iftixar hissinin bərpa edildiyini” dilə gətirib.
Donald Trump deyib ki, orta işsizlik faizi onun administrasiyası dövründə ABŞ tarixində ən aşağı həddə düşüb.
O əlavə edib ki, işsizlik afro-amerikalılar, ispandillilər arasında da azalıb.
Prezident iddia edib ki, əhalinin bu təbəqəsi arasında yoxsulluq da rekord səviyyədə enib.
Trump bildirib ki, onun administrasiyası dövründə keçmiş məhbusların işlə təmin edilməsi də rekord həddə yüksəlib.
Prezident ABŞ-ın dünyanın bir nömrəli neft istehsalçısına çevrilməsini də öz xidmətlərindən biri kimi təqdim edib.
O habelə deyib ki, “şirkətlər Amerikanı tərk etmirlər, əksinə Amerikaya qayıdırlar”.
Trump deyib ki, Amerikanın beynəlxalq sazişlərinin ABŞ üçün ədalətsiz olması, onun prezidentliyə namizədlik verməsinin səbəblərindən biri olub.
Prezident Meksika və Kanada ilə müqavilələrin təzələnməsini və ədalətli ticarətin bərpa olunmasını misal gətirib.
