Lautaro: Inter mənim evimdir
Lautaro Inter azarkeşlərini sakitləşdirərək klubu “özünün evi” adlandırıb.
Bu mövsüm Inter düşərgəsinə gələn argentinalı, qısa müddət ərzində öz adından söz etdirməyi bacarıb. O, bu mövsüm çıxdığı 19 oyunda 13 dəfə fərqlənib. Futbolçunun performansı Manchester City və Barcelona kimi klubları onu yaxından izləməsinə vadar edib.
ONBİR Sky Sports`a danışan Lautaro`nun sözlərini sizlərə təqdim edir:
“Mənim üçün çox vacib amillər var, azarkeşlər mənə qarşı həmişə mehriban olublar, bunu çox yüksək qiymətləndirirəm.
Mən sadə olmağa və özümü inkişaf etdirməyə çalışıram ki, bu formaya layiq olduğumu sübut edə bilim. Nerazzuri azarkeşlərinə və ailəmə bacardığım qədər xoşbəxtlik bəxş etmək istəyirəm.
Lukaku ilə münasibətlərimiz həm meydanda, həm də meydandan kənarda çox yaxşıdır. O möhtəşəm insandır, birlikdə Inter`i zirvələrə daşıyacağımızdan əminəm.”
