Ole : Planlarımız qısa müddətli deyil
Mourinho`nun Tottenham`ı səfərdə Manchester United`lə qarşılaşdı. Old Trafford səhnəsinə yenidən gələn Mourinho`nun kollektivi “Qırmızı Şeytanlar”-a qarşı 2-1 hesabı ilə məğlub oldu. Mourinho oyundan sonra mətbuat konfransında bu fikirləri səsləndirdi :
“Onlar güclü komandalara qarşı yaxşı oynayırlar. Səbəb belə rəqiblərin topu daha çox istəməsidir, beləcə onları əks hücumda vurmaq olar.”
“Onlar bu mövsüm Chelsea,Leicester və Liverpool ilə oyunlarda yaxşı nəticələr alıblar. Bu gün bizi də məğlub etdilər. Aydındır ki onların futbolu güclü komandalara qarşı keçərlidir.”
Ole Gunnar Solskjaer də həmçinin oyundan sonra öz fikirlərini bildirib :
“Hər dəfə qələbə qazananda bizdə böyük sevinc yaranır. Biz bunu davam etdirməli və bu hissi, bu ruhu qorumalıyıq.”
“Oyunçularım qələbə qazandıqca United ruhuna bürünəcəklər. Biz, 3-4 oyunu arxa-arxaya qələbə seriyası ilə başa vurmalıyıq. Başqa cür ola da bilməz.”
“Burada qurduğumuz planlar qısa müddətli ola bilməz. Biz uzun müddətli planlar qururuq. Məğlub olmaq, xal itirmək United üçün deyil. Oyunçular hər gün daha çox inkişaf edirlər. Zaman hər şeyi göstərəcək.”
