Galatasaray onun üçün Roma`ya təklif göndərəcək
Bu mövsüm son 30 ilin ən pis başlanğıcına imza atan və liqada lider Sivasspor`un 7 xal gerisinə düşən Galatasaray üçün qış transfer pəncərəsi böyük önəm daşıyır. Müdafiədə Luyindama`nın ağır zədələnməsindən sonra müdafiəçi axtarışlarını gücləndirən Galatasaray istədiyini İtaliyadan tapıb.
Sarı-Qırmızılıların ara fasilədə ilk hədəfi Roma`da forma geyən Mert Çetin olacaq. Galatasaray rəsmiləri mövsümün əvvəlində Gençlerbirliği`dən Roma`ya transfer olunan 22 yaşlı futbolçu üçün təklif göndərməyə hazırlaşır. Fatih Terim oyunçunun 6 aylıq icarə əsasında transferi üçün xüsusi tapşırıq verib.
Qeyd edək ki, Mert Çetin bu mövsüm sadəcə 1 oyunda start heyətində meydanda olub.
