Deniz Türüç`dən Galatasaray misalı
Fenerbahçe`nin yeni transferlerindən olan Deniz Türüç liqadakı performansları və çempionluq yarışı haqda Sabah qəzetinə açıqlamalar verib. ONBİR oyunçunun Sabah qəzeti redaktoru Volkan Demir ilə olan intervyusunu sizlə bölüşür:
”Hal hazırda liderden 5 xal geridəyik, bu da 2 oyunluq fərq deməkdir. Ötən mövsüm Galatasaray 8 xal geridən gələrək çempion olmuşdu. Allahın köməkliyi ilə fasiləyə qədər olan 4 matçımızın hamısında qələbə qazansaq, məncə çempion olacağıq.”
”Göztepe matçına gəldikdə isə bir az bəxtimiz gətirsəydi 5-6 qol vura bilərdik. Onlar penaltini vura bilmədi və dərhal sonra qurduğumuz kontra atakda qol vurduq. Hakim sağolsun, qolumuzu VAR qərarı ilə ləğv etdi. Bu bərabərlik bizi daha aqresiv etdi və biz bu bərabərliyə məğlubiyyət kimi baxırıq. Böyük komandalarda bu həmişə belədir.”
Qeyd edək ki, Deniz Türüç bu il oynadığı 12 rəsmi matçda 2 qol və 2 məhsuldar ötürmə ilə yadda qalıb.
