Добавить новость
123ru.net
World News
Ноябрь
2019

'General'a hökm oxundu

0
Qusar rayon Mərkəzi Xəstəxanasının baş həkimi Mübariz Zeynalovu hədələyib pulunu almaqda suçlanan üç nəfərə ümumilikdə 29 il həbs cəzası kəsilib. Bakı Ağır Cinayətlər Məhkəməsində noyabrın 6-da bu barədə hökm çıxarılıb. Ən ağır cəza 41-yaşlı Elxan Hümbətova verilib - 12 il. Rövşən Əliyev 9, Hətəmxan Çobanov isə 8 il azadlıqdan məhrum edilib. Onlar baş həkimi şəxsi həyata aid görüntülərini yaymaqla hədələyib, 125 min manat pulunu və iPhone markalı telefonunu ələ keçirməkdə təqsirli biliniblər.


«Pulu Sumqayıta baş həkim getmək üçün verib»

Onlar isə özlərini təqsirli bilmirlər. Hərçənd, baş həkimdən pul və telefonu aldıqlarını etiraf edirlər. Amma deyirlər ki, baş həkim pulları da, görüntüləri də könüllü verib. Məsələ də görüntülərin yayılması yox, M.Zeynalovun Sumqayıta baş həkim getmək istəyi olub.


Hökmdən öncə son sözlərində də təqsirləndirilən şəxslər bu barədə danışıblar.




 


R.Əliyev deyir ki, bu işin arxasında dayanan başqa adamlar var, baş həkim, sadəcə, icraçıdır: «Mən bundan əvvəl iki dəfə hökm almışam, ağzımı açmamışam. Amma bu dəfə yalanların əlində aciz qaldım. O həkim özü dəfələrlə mənə yalvarmışdı ki, Elxanı yığım, xahiş eləyim. Onun Zakir Fərəcovun (Sumqayıtın icra başçısı-red.) qəbulunda olması da burada təsdiqləndi. Sübut olundu ki, biz deyəndir, pulu Sumqayıta baş həkim getmək üçün verib. Bu cinayətin mənbəyi, arxasında duran var, həkim, sadəcə, sifarişi yerinə yetirdi».


Baş həkimdən alınan 125 min manat da, telefon da qaytarılıb. Özü də məhkəmədə deyib ki, şikayətçi deyil, ona dəymiş ziyan ödənilib, tələbi yoxdur. Pulları və telefonu qaytaran əsasən E.Hümbətov olub. İndi, əksinə, Elxan özü baş həkimi yalan danışmaqda, onlara böhtan atmaqda günahlandırır. Deyir ki, M.Zeynalov özü iş yerini dəyişmək məqsədilə pul verdiyi halda, şəxsi həyata aid görüntülərlə hədələnməsi barədə yalanlar ortaya atır.


«Bəylər Əyyubovun adamları»

Bu cinayət işində Prezidentin şəxsi mühafizə xidmətinin rəhbəri Bəylər Əyyubov, onun qardaşı oğlu Robert Əyyubov, keçmiş baş prokuror, hazırda isə Azərbaycanın Serbiya, Monteneqro, Bosniya və Herseqovinadakı səfiri Eldar Həsənovun qardaşı Ələkbər Həsənovun da adı keçir. Təqsirləndirilən şəxslər özlərini B.Əyyubovun adamları, DTX polkovniki kimi təqdim edib, hətta R.Əyyubovun adından onunla telefonla danışıblar, onu vəzifəyə təyin etdirə biləcək gücə sahib olduqlarını deyiblər.




 


Ə.Həsənov isə özü baş həkimlə danışıb. O, həmin xəstəxananın həkimi Samir Rəcəbovun işdən çıxarılmaması xahişiylə M.Zeynalova zəng edib.


Ə.Həsənov təqsirləndirilən R.Əliyevin dayısıdır.


Rövşəngil də baş həkimi Ə.Həsənovun də iştirak etdiyi bir məclisdə tanıyıblar. İkinci dəfə Samir həkimin işdən çıxarılma təhlükəsi yarananda Rövşəngil məsələyə qarışıb. Rövşən baş həkimə zəng edərək, özünü R.Əyyubovun sürücü kimi təqdim edib.


«Dedi ki, «səndən şikayətlər var. Samiri işdən niyə çıxarırsan? Bütün bunlar gedib generala çatıb. Sənə problem lazımdır? Samirin məsələsini yoluna qoy». Mən də bu söhbətlərdən qorxdum. Generalın adını çəkirdi, özünü Robertin sürücüsü kimi təqdim edirdi. Hətta bir dəfə mənimlə Robertin adıyla da danışmışdı. Bu söhbətlər gedirdi. Günlərin birində Rövşən Elxanı gətirdi, dedi ki, özü də generaldır, həm də generalın (Bəylər Əyyubovun-red.) adamıdır. İkinci dəfə Elxan gələndə dedi ki, guya mənim məsələmi (şikayətlərin qarşısının alınması) cənab generala məruzə eləyiblər, həll olunacaq. Sonra Rövşən məndən işimi həll eləyən generala vermək adıyla 10 min pul aldı», – baş həkim danışır.


M.Zeynalovun sözlərinə görə, bir müddət sonra Rövşəngil ona yenə zəng edərək, şəxsi həyatıyla bağlı videogörüntülərin olduğunu söyləyiblər. Deyiblər ki, generaldan onun xahişini etdikləri bir vaxtda belə görüntülərin yayılması biabırçılıq olacaq. Baş həkim 100 min manatı tapıb verdiyini söyləyir. Onun sözlərinə görə, qalan pulu və telefonu da sonrakı görüşlərdə verib.





Загрузка...


Губернаторы России

Спорт в России и мире

Загрузка...

Все новости спорта сегодня


Новости тенниса

Загрузка...


123ru.net – это самые свежие новости из регионов и со всего мира в прямом эфире 24 часа в сутки 7 дней в неделю на всех языках мира без цензуры и предвзятости редактора. Не новости делают нас, а мы – делаем новости. Наши новости опубликованы живыми людьми в формате онлайн. Вы всегда можете добавить свои новости сиюминутно – здесь и прочитать их тут же и – сейчас в России, в Украине и в мире по темам в режиме 24/7 ежесекундно. А теперь ещё - регионы, Крым, Москва и Россия.


Загрузка...

Загрузка...

Экология в России и мире




Путин в России и мире

Лукашенко в Беларуси и мире



123ru.netмеждународная интерактивная информационная сеть (ежеминутные новости с ежедневным интелектуальным архивом). Только у нас — все главные новости дня без политической цензуры. "123 Новости" — абсолютно все точки зрения, трезвая аналитика, цивилизованные споры и обсуждения без взаимных обвинений и оскорблений. Помните, что не у всех точка зрения совпадает с Вашей. Уважайте мнение других, даже если Вы отстаиваете свой взгляд и свою позицию. Smi24.net — облегчённая версия старейшего обозревателя новостей 123ru.net.

Мы не навязываем Вам своё видение, мы даём Вам объективный срез событий дня без цензуры и без купюр. Новости, какие они есть — онлайн (с поминутным архивом по всем городам и регионам России, Украины, Белоруссии и Абхазии).

123ru.net — живые новости в прямом эфире!

В любую минуту Вы можете добавить свою новость мгновенно — здесь.






Здоровье в России и мире


Частные объявления в Вашем городе, в Вашем регионе и в России






Загрузка...

Загрузка...





Друзья 123ru.net


Информационные партнёры 123ru.net



Спонсоры 123ru.net