Kim Kardashian dünya konfransında iştirak üçün Yerevana gəlir
Amerikalı model və teleşou ulduzu Kim Kardashian-West oktyabrın 6-9-da Yerevanda keçiriləcək Dünya İnformasiya Texnologiyaları Konfransında (WCIT) iştirak etmək üçün Ermənistana gələcək.
AzadlıqRadiosunun Erməni xidməti tədbirin təşkilatçılarına istinadən yazır ki, xanım Kardashian-West bu konfransda əsas məruzəçi kimi çıxış edəcək.
Təşkilat komitəsinin bəyanatında deyilir ki, “Kardashian-West özünün 240 milyon abunəçisi ilə sosial medialarda nüfuzlu səslərdən biri sayılır”.
“Biz əminik ki, Kardashian-West heyrətamiz şəkildə uğurlu sahibkar, bu sahənin öncülü kimi sosial medialarda sahibkarlıq dünyasının maraqlı aspektləri barədə məlumatlar verəcək”.