Добавить новость
123ru.net
World News
Август
2019

İki cəbhəçinin saxlandığı açıqlanıb

0
AXCP: S.İsgəndərli 60 sutka həbs edilib

Avqustun 20-də saxlandığı bildirilən AXCP fəalı Səhlədar İsgəndərlinin 60 sutka inzibati qaydada həbs olunduğu açıqlanıb.


Bu barədə AzadlıqRadiosuna AXCP Gənclər Komitəsindən bildiriblər.


Açıqlamaya görə, S.İsgəndərli ailəsinə bildirilmədən məhkəməyə aparılaraq İnzibati Xətalar Məcəlləsinin 206-cı (Qanunsuz olaraq narkotik vasitələrin, psixotrop maddələrin istehlakı, satış məqsədi olmadan şəxsi istehlak miqdarında hazırlanması, əldə edilməsi, saxlanılması, daşınması və ya göndərilməsi) maddəsi ilə 60 sutka inzibati həbslə cəzalandırılıb.


Amma bu məlumatı, hələlik, rəsmi qurumlardan dəqiqləşdirmək mümkün olmayıb.


+++


Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) iki fəalının saxlandığı bildirilir.


Bu partiyadan verilən məlumata görə, gənc fəal Səhlədar İsgəndərli avqustun 20-də saxlanıb. Bildirildiyinə görə, o, iki gün qabaq, avqustun 19-da Bakının mərkəzində ölkədəki siyasi vəziyyətə etiraz olaraq təkadamlıq aksiya keçirib və bu üzdən saxlanıb.


AXCP-dən onun ailəsinə istinadən əlavə ediblər ki, S.İsgəndərlinin Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində saxlandığı güman olunur.


Amma bu məlumata, hələlik, Daxili İşlər Nazirliyi və sözügedən idarədən münasibət almaq mümkün olmayıb.


AXCP-nin başqa bir məlumatında isə qeyd edilir ki, avqustun 20-də həmçinin, daha bir gənc fəal Vilayət Məmmədova 30 sutka inzibati həbs verilib. «Səbəb kimi, əsasən, Facebook-da sərt yazıları göstərilir. Amma rəsmi ittiham bilinmir», - AXCP-nin rəhbər üzvlərindən biri qeyd edib.


Rəsmi qurumlar AXCP fəallarının saxlanılması ilə bağlı məlumat yaymayıb. V.Məmmədovun da 30 sutka inzibati həbs cəzası alması ilə bağlı məlumatı məhkəmə orqanlarından dəqiqləşdirmək və bütün bunlara rəsmi qurumların münasibətini almaq cəhdləri nəticə verməyib.


Xatırlatma

AXCP-dən verilən məlumata görə, bu il müxtəlif vaxtlarda onların 70-dən çox fəalları inzibati qaydada cəzalanıb. Onlardan 54 nəfərinin 10-30 sutka inzibati həbsə məhkum edildiyi bildirilir. Partiya fəallarından 5 nəfərin isə təkrarən inzibati həbs edildiyi qeyd olunub. Partiyadan vurğulandığına görə, onların əksəriyyəti polisin qanuni əmrinə tabe olmamaqda təqsirləndirilib. Bu il AXCP-nin 24 fəalının isə 50 manatdan 500 manatadək inzibati qaydada cərimə edildiyi iddia olunur. Partiya onların hamısının siyasi mövqelərinə görə şərləndiyini açıqlayıb. Amma bu açıqlanan rəqəmləri də rəsmi qurumlardan dəqiqləşdirmək mümkün olmayıb. Üstəlik, Azərbaycanın rəsmiləri, bir qayda olaraq, bəyan edirlər ki, ölkədə bütün fundamental azadlıqlar qorunur. Onların fikrincə, ölkədə heç kim dinc siyasi fəaliyyətinə görə təzyiqlərlə üzləşmir.





Загрузка...


Губернаторы России

Спорт в России и мире

Загрузка...

Все новости спорта сегодня


Новости тенниса

Загрузка...


123ru.net – это самые свежие новости из регионов и со всего мира в прямом эфире 24 часа в сутки 7 дней в неделю на всех языках мира без цензуры и предвзятости редактора. Не новости делают нас, а мы – делаем новости. Наши новости опубликованы живыми людьми в формате онлайн. Вы всегда можете добавить свои новости сиюминутно – здесь и прочитать их тут же и – сейчас в России, в Украине и в мире по темам в режиме 24/7 ежесекундно. А теперь ещё - регионы, Крым, Москва и Россия.


Загрузка...

Загрузка...

Экология в России и мире




Путин в России и мире

Лукашенко в Беларуси и мире



123ru.netмеждународная интерактивная информационная сеть (ежеминутные новости с ежедневным интелектуальным архивом). Только у нас — все главные новости дня без политической цензуры. "123 Новости" — абсолютно все точки зрения, трезвая аналитика, цивилизованные споры и обсуждения без взаимных обвинений и оскорблений. Помните, что не у всех точка зрения совпадает с Вашей. Уважайте мнение других, даже если Вы отстаиваете свой взгляд и свою позицию. Smi24.net — облегчённая версия старейшего обозревателя новостей 123ru.net.

Мы не навязываем Вам своё видение, мы даём Вам объективный срез событий дня без цензуры и без купюр. Новости, какие они есть — онлайн (с поминутным архивом по всем городам и регионам России, Украины, Белоруссии и Абхазии).

123ru.net — живые новости в прямом эфире!

В любую минуту Вы можете добавить свою новость мгновенно — здесь.






Здоровье в России и мире


Частные объявления в Вашем городе, в Вашем регионе и в России






Загрузка...

Загрузка...





Друзья 123ru.net


Информационные партнёры 123ru.net



Спонсоры 123ru.net