Добавить новость
123ru.net
World News
Август
2019

İçdiyimiz suda nə var

0
Dünyada gözəgörünməz su keyfiyyəti böhranı yaşanır. Bu böhran çox çirklənmiş ərazilərdə potensial iqtisadi artımın üçdə birini məhv edir, bəşəri və ətraf mühitin durumunu təhdid edir. Bu haqda Dünya Bankının avqustun 20-də açıqladığı hesabatda deyilir.


“Bilinməz keyfiyyət: Gözəgörünməz su böhranı” adlı hesabat yeni informasiya və metodlar əsasında hazırlanıb. Bakteriyalar, çirkab, kimyəvi maddələr və plastik tullantılar sudan oksigeni necə çıxarır və suyu insanlar və ekosistemlər üçün necə zəhərə çevirir – hesabat bu məsələyə işıq salır. Dünya Bankı suyun keyfiyyətinə dair məlumatları monitorinq stansiyalarından, məsafədən müşahidə və kompüter texnologiyası vasitəsilə toplayıb.




Hesabat üzə çıxarıb ki, təmiz su qıtlığı iqtisadi artımı üçdə birədək məhdudlaşdırır. Hesabat inkişaf etmiş və inkişaf etməkdə olan ölkələrdəki bu təhlükəyə dərhal qlobal, dövlət, yerli səviyyədə diqqət ayırmağa çağırır.


“Təmiz su iqtisadi artım üçün əsas faktordur. Suyun keyfiyyətinin pisləşməsi iqtisadi artımı saxlayır, sağlamlığa təhdid yaradır, ərzaq istehsalını azaldır, bir çox ölkələrdə yoxsulluğu dərinləşdirir”, – Dünya Bankı Qrupunun Prezidenti David Malpass deyib.


“Bu hökumətlər su çirklənməsi ilə mübarizə məqsədilə təcili tədbirlər görməlidirlər ki, ölkələr bərabər və ətraf mühit baxımından davamlı yollarla sürətlə arta bilsinlər”, – o, sözlərinə əlavə edib.


Çirkli suyun uşaqlara təsiri


Tədqiqatçılar Bioloji Oksigen Tələbini araşdırıblar. Bu, suda orqanik çirklənmənin səviyyəsini və suyun ümumi keyfiyyətini göstərir. Bu göstərici müəyyən həddi keçərsə, su axınının aşağı hissələrində ÜDM artımı üçdə birədək azalır, çünki çirklənmə sağlamlığa, kənd təsərrüfatına, ekosistemlərə təsir göstərir.




Suyun keyfiyyətini pisləşdirən amillərdən biri azotdur. Kənd təsərrüfatında gübrə kimi istifadə olunan bu maddə sonucda çaylara, göllərə, okeanlara daxil olur, orada nitrata çevrilir. Uşaqların kiçik yaşlarda nitratla təması isə onların artımına, beyinin inkişafına, sağlamlığına təsir göstərir.


Hər hektar üzrə əlavə bir kiloqram azot gübrəsinin suya buraxılması uşaqlarda boy artımını 19 faizədək, gələcəkdə böyüklərin öyrənmə qabiliyyətinə 2 faizədək azaldır. Bu göstəricilər azotun təsirinə məruz qalmayanlarla müqayisədə ortaya qoyulub.


Hesabatda deyilir ki, quraqlıq, tufan, suyun yığılması nəticəsində suda duzluluq artdıqca, kənd təsərrüfatı məhsulları azalır. Hər il dünyada suyun duzlaşması nəticəsində 170 milyon nəfərin yedizdirilməsində problem yarandığı vurğulanır.


Hesabatda suyun keyfiyyətini yaxşılaşdırmaqdan ötrü tövsiyələr də verilir. Buraya ətraf mühit siyasəti və standartlarının tətbiqi; çirklənmə səviyyəsinin dəqiq monitorinq olunması; effektiv tətbiq sistemləri; özəl sərmayə cəlb etməklə su emalı infrastrukturunun yaradılması; vətəndaş iştiraklılığını həvəsləndirməkdən ötrü evlərə dəqiq informasiya verilməsi daxildir.





Загрузка...


Губернаторы России

Спорт в России и мире

Загрузка...

Все новости спорта сегодня


Новости тенниса

Загрузка...


123ru.net – это самые свежие новости из регионов и со всего мира в прямом эфире 24 часа в сутки 7 дней в неделю на всех языках мира без цензуры и предвзятости редактора. Не новости делают нас, а мы – делаем новости. Наши новости опубликованы живыми людьми в формате онлайн. Вы всегда можете добавить свои новости сиюминутно – здесь и прочитать их тут же и – сейчас в России, в Украине и в мире по темам в режиме 24/7 ежесекундно. А теперь ещё - регионы, Крым, Москва и Россия.


Загрузка...

Загрузка...

Экология в России и мире




Путин в России и мире

Лукашенко в Беларуси и мире



123ru.netмеждународная интерактивная информационная сеть (ежеминутные новости с ежедневным интелектуальным архивом). Только у нас — все главные новости дня без политической цензуры. "123 Новости" — абсолютно все точки зрения, трезвая аналитика, цивилизованные споры и обсуждения без взаимных обвинений и оскорблений. Помните, что не у всех точка зрения совпадает с Вашей. Уважайте мнение других, даже если Вы отстаиваете свой взгляд и свою позицию. Smi24.net — облегчённая версия старейшего обозревателя новостей 123ru.net.

Мы не навязываем Вам своё видение, мы даём Вам объективный срез событий дня без цензуры и без купюр. Новости, какие они есть — онлайн (с поминутным архивом по всем городам и регионам России, Украины, Белоруссии и Абхазии).

123ru.net — живые новости в прямом эфире!

В любую минуту Вы можете добавить свою новость мгновенно — здесь.






Здоровье в России и мире


Частные объявления в Вашем городе, в Вашем регионе и в России






Загрузка...

Загрузка...





Друзья 123ru.net


Информационные партнёры 123ru.net



Спонсоры 123ru.net