Добавить новость
123ru.net
World News
Август
2019

Bu ölkələrdə homofobiya yüksəlir

0
Avropanın eynicinsli münasibətləri rəsmən tanımayan ölkələrində homofobiya artıb. Ancaq onların nikaha girə bildiyi ölkələrdə gey və lesbian cütlükləri getdikcə daha çox normal qəbul edirlər. İki ildən bir keçirilən Avropa Sosial Sorğusunun nəticələrini macarıstanlı tədqiqatçılar təhlil ediblər. Avqustun 21-də yayılan nəticələrə görə, 2002-2016-cı illərdə Avropa ölkələrinin çoxunda eynicinsli münasibətləri qəbul etməyə başlayıblar.


Ancaq 14 illik bu müddət ərzində Rusiya, Bolqarıstan, Litva, Polşa və Ukraynada gey və lesbianları cəmiyyətin qəbul etməsi azalıb.


Qərəzdən əl çəkmək


“Qərəzdən əl çəkməyi öyrənməyimiz çox vacibdir”, – araşdırmanın müəlliflərindən olan Judit Takacs deyib.


“Bu, çox ciddi bir ismarıcdı… açıq beyinli, dözümlü olmağı öyrənə bilərsən”, – o, “Reuters” agentliyinə deyib.




Avropanın 48 ölkəsindən 16-da eynicinsli nikah qanuniləşdirilib. 21 ölkədə isə belə nikaha, yaxud vətəndaş nikahına icazə yoxdur. Bunu Avropadakı LGBT+ qrupu olan ILGA-nın məlumatına əsasən demək olar.


Sorğuda respondentlərdən xahiş edilib ki, “geylər və lesbianlar öz həyatlarını istədikləri kimi azad yaşamalıdırlar” fikrinə münasibətlərini 1-5 bal şkalası üzrə dəyərləndirsinlər.


2016-cı ildə Rusiya ən aşağı balı, ortalama “2” yığıb. Ən yüksək ballar isə Belçika, İspaniya, Norveç, Fransa, İsveç, Niderland və İslandiyadan gəlib.


Eynicinsli nikahların qanuni olduğu İspaniya və Portuqaliyada, eynicinsli tərəfdaşlığa icazə verilən Kipr, İtaliya və Yunanıstanda da böyük müsbət dəyişikliklər baş verib.


Sorğuya 334 min cavab əldə olunub.




Dövlətin rolu


Düzdür, araşdırmada eynicinsli nikahın leqallaşdırılmasının homofobiyanı azaldıb-azaltmadığı vurğulanmır. Amma Takacs deyib ki, bu qanunvericilik eynicinsli münasibətlərin normallaşmasına kömək edə bilər.


“Bu, dövlətin rolunu üzə çıxarır. Siyasətçilərimiz bizə necə rəhbərlik etmək, hansı mesajı dəstəkləmək üzrə məsuliyyət daşıyır”, – Takacs vurğulayıb.


“Məsələn, mənim ölkəmdə Orban rejimi miqrantlara, geylərə və lesbianlara qarşı təbliğatı təşkil edir və bu işləyir”, – o söyləyib.


Macarıstanın Baş naziri Viktor Orban eynicinsli cütlüklərə bərabər hüquqlar verilməsinə qarşıdır, ancaq eyni zamanda gey və ənənəvi oriyentasiyalı şəxslərin dinc yanaşı yaşamasını təbliğ edir.


Macarıstanda eynicinsli cütlüklərin vətəndaş nikahına icazə verilir, amma evlənmələri, yaxud övladlığa uşaq götürmələri qadağandır.





Загрузка...


Губернаторы России

Спорт в России и мире

Загрузка...

Все новости спорта сегодня


Новости тенниса

Загрузка...


123ru.net – это самые свежие новости из регионов и со всего мира в прямом эфире 24 часа в сутки 7 дней в неделю на всех языках мира без цензуры и предвзятости редактора. Не новости делают нас, а мы – делаем новости. Наши новости опубликованы живыми людьми в формате онлайн. Вы всегда можете добавить свои новости сиюминутно – здесь и прочитать их тут же и – сейчас в России, в Украине и в мире по темам в режиме 24/7 ежесекундно. А теперь ещё - регионы, Крым, Москва и Россия.


Загрузка...

Загрузка...

Экология в России и мире




Путин в России и мире

Лукашенко в Беларуси и мире



123ru.netмеждународная интерактивная информационная сеть (ежеминутные новости с ежедневным интелектуальным архивом). Только у нас — все главные новости дня без политической цензуры. "123 Новости" — абсолютно все точки зрения, трезвая аналитика, цивилизованные споры и обсуждения без взаимных обвинений и оскорблений. Помните, что не у всех точка зрения совпадает с Вашей. Уважайте мнение других, даже если Вы отстаиваете свой взгляд и свою позицию. Smi24.net — облегчённая версия старейшего обозревателя новостей 123ru.net.

Мы не навязываем Вам своё видение, мы даём Вам объективный срез событий дня без цензуры и без купюр. Новости, какие они есть — онлайн (с поминутным архивом по всем городам и регионам России, Украины, Белоруссии и Абхазии).

123ru.net — живые новости в прямом эфире!

В любую минуту Вы можете добавить свою новость мгновенно — здесь.






Здоровье в России и мире


Частные объявления в Вашем городе, в Вашем регионе и в России






Загрузка...

Загрузка...





Друзья 123ru.net


Информационные партнёры 123ru.net



Спонсоры 123ru.net