Добавить новость
123ru.net
World News
Июль
2019

‘Oğlum bir oyuna 3160 funt sterlinq xərclədi’

0
Uşaqların internetdən istifadəsinə valideyn nəzarəti necə və nə qədər olmalıdır? Gənc oyunçuların oyun və mobil əlavələrə pul xərcləməsinin etik tərəfləri, bu baxımdan ana və ataların məsuliyyəti barədə nə demək olar?


Britaniyanın Leyboristlər partiyasının liderlərindən sayılan Tom Watson Twitterdə geyminqə “nəzarətin sərtləşdirilməsinə” çağırıb. O, “geyminqin qumarbazlığa həvəsləndirməsiylə bağlı ciddi narahatlıq” ifadə edib.


FIFA oyunlarına böyük pullar qoyaraq borca düşmüş uşaqlar varmış. Bu hallar doğrudan da geyminqin qumara apara biləcəyindən ehtiyatlanmağa əsas verir. Nəzarətin sərtləşdirilməsi üçün yetərincə səbəb var.


Texnologiya və ondan asılılığı araşdıran mütəxəssis Damian Collins BBC-yə bunun “real problem” olduğunu söyləyib:


"Düşünürəm ki, şirkətlərə insanları şübhəli əməliyyatlardan, tutalım, xərclərin artmasından xəbərdar etmək məcburiyyəti qoyulmalıdır. Bankların öz müştərilərini qeyri-adi köçürmələrdən xəbərdar etdiyi kimi”.


BBC dinləyiciləri bununla bağlı başlarına gələn əhvalatları paylaşıblar.


Oğlum bir oyuna 3 min 160 funt xərcləyib







Britaniyanın Hempşir əyalətindən Susie Breare yazıb:


“Mənim 22 yaşlı əlil oğlum var. O, serebral iflic, mürəkkəb epilepsiya, autizm, öyrənmə qüsurlarından əziyyət çəkir və təxminən 7 yaşlı uşağa xas qavrama qabiliyyətinə malikdir.


O, hər hansı qarşılıqlı fəaliyyətlə məşğul olmaq iqtidarinda olmadığından, daha çox öz iPad və PlayStation-na güvənməyə məcbur qalır.


Bu yaxınlarda o, iPad-ində “Hidden Artifacts” adlı oyun oynayıb. Oyunun gedişində təsvirə uyğun gələn müxtəlif əşyalara pul xərcləmək lazım gəlir. Bu il fevralın 18-i ilə mayın 30-u arasında ondan 3 min 160,58 funt (6 min 800 manata yaxın – red.) pul çıxılıb. Beləcə, onun bütün pulları əldən gedib.


Mən iTunes-la əlaqə saxladım, onlar kömək etməyə çalışsalar da, pulu qaytara bilmədilər və mənə oyunun yaradıcısı və provayderi Blastworks Ltd ilə əlaqə saxlamağı tövsiyə etdilər (Avropa İttifaqının qaydalarına görə, AB-dəki Apple istifadəçiləri 14 gün ərzində sifarişlərinin ləğvini tələb edə bilərlər).


Mən bir neçə dəfə zəng vurub, e-mail göndərsəm də cavab ala bilmədim.Oğlum kimi həssas insanların təhsil oyunu sayılan bir şeyin qurbanına çevrilməsi son dərəcə rahatsız edir məni…”







“Basketbol oyunu ailəmizə 2 min funta başa gəldi”


“16 yaşlı oğlum mənim 2 min funta (təxminən 4250 manat – red.) yaxın pulumu NBA-in basketbol oyununa xərcləyib. O, bank kartımdan yararlanıb. Ödəniş problemim yaranıncayadək mənim də bundan xəbərim olmayıb. O bu mobil əlavəyə Google Play-dən çıxış əldə edib".


"Oyunun provayderi olan EA şirkəti mənə cavab vermədi, Google Play-sə uşaqların valideynlərin icazəsi olmadan bank məlumatlarından istifadəsi haqda xüsusi qeyd tətbiq edib". 


"Qızım bunun üçün öz universitet xərclərini ödəyəcəyi puldan istifadə etməli oldu və bu bizim ailəmizə çox böyük ziyan vurdu”, - Şotlandiyadan Susan Taylor belə yazıb.


12 yaşlı oğlunun bir oyuna 700 funt (1490 manata yaxın -red.) xərclədiyini, 11 yaşlı qızının eyni Minecraft əlavəsini bir neçə dəfə yüklədiyinə görə ailənin 100 funt (təxminən 212 manat – red.) itirdiyini yazanlar var.







Başqa bir 5 yaşlı uşaq Mini Golf King oyununa, özü də bilmədən, 300 funt (637 manatdan çox – red.) xərcləyib. O, oyunlara pul xərcləməyə icazə verilmədiyini bilirmiş, ancaq oyun onu yoldan çıxarıb və yalançı qəpiklər xərclədiyinə inandırıb.


Xoşbəxtlikdən bank transaksiyaların çoxunu blokladığına görə hesabdan, sadəcə, 75 funtdan (160 manatdan – red.) bir qədər çox pul çıxıb.


Google Play valideynin pulu geri qaytarmaq tələbini avtomatik rədd edib.


“Mən oğlumun autizmli olduğunu, bu əlilliyin onu həssas hala saldığını izah etdim (O, yönləndirmə anlayışını və oyun düzəldən adamların niyə pul istədiyini anlamır). Deyəcəksiniz ki, “gərək uşağına nəzarət edəydin”. Edirdim! Mən otaqdaydım. Oyun uşaq oyunu idi”, - Claire adlı dinləyici belə yazıb. O da şirkətdən pulunu geri ala bilməyib.


Google BBC-yə valideynlərə Family Link alətindən yararlanmağı tövsiyə etdiyini deyib:


"…Siz şifrə nəzarətindən yararlana bilərsiniz. Bu halda hər dəfə alış zamanı şifrə yazmaq tələb olunacaq. Google Play-dən alınan oyun qəpikləri də istisna deyil”.





Загрузка...


Губернаторы России

Спорт в России и мире

Загрузка...

Все новости спорта сегодня


Новости тенниса

Загрузка...


123ru.net – это самые свежие новости из регионов и со всего мира в прямом эфире 24 часа в сутки 7 дней в неделю на всех языках мира без цензуры и предвзятости редактора. Не новости делают нас, а мы – делаем новости. Наши новости опубликованы живыми людьми в формате онлайн. Вы всегда можете добавить свои новости сиюминутно – здесь и прочитать их тут же и – сейчас в России, в Украине и в мире по темам в режиме 24/7 ежесекундно. А теперь ещё - регионы, Крым, Москва и Россия.


Загрузка...

Загрузка...

Экология в России и мире




Путин в России и мире

Лукашенко в Беларуси и мире



123ru.netмеждународная интерактивная информационная сеть (ежеминутные новости с ежедневным интелектуальным архивом). Только у нас — все главные новости дня без политической цензуры. "123 Новости" — абсолютно все точки зрения, трезвая аналитика, цивилизованные споры и обсуждения без взаимных обвинений и оскорблений. Помните, что не у всех точка зрения совпадает с Вашей. Уважайте мнение других, даже если Вы отстаиваете свой взгляд и свою позицию. Smi24.net — облегчённая версия старейшего обозревателя новостей 123ru.net.

Мы не навязываем Вам своё видение, мы даём Вам объективный срез событий дня без цензуры и без купюр. Новости, какие они есть — онлайн (с поминутным архивом по всем городам и регионам России, Украины, Белоруссии и Абхазии).

123ru.net — живые новости в прямом эфире!

В любую минуту Вы можете добавить свою новость мгновенно — здесь.






Здоровье в России и мире


Частные объявления в Вашем городе, в Вашем регионе и в России






Загрузка...

Загрузка...





Друзья 123ru.net


Информационные партнёры 123ru.net



Спонсоры 123ru.net