Добавить новость
123ru.net
World News
Май
2019

Daha 4 cəbhəçi 300 manat cərimələnib

0
Milli Şuranın Xalq Cümhuriyyətinin 101-ci ildönümü ilə bağlı Novxanı kəndində keçirdiyi tədbirdə saxlanıb, sonra da buraxılanlardan daha 4-ü bu gün, mayın 31-də Abşeron Rayon Məhkəməsində cərimələnib.


Onlar Milli Şuraya daxil olan Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) üzvləri Adil Babayev, Nizami Abbasov, Ruslan Şərifov və Elşən Həsənovdur.


Həmin şəxslərin 4-ü də İnzibati Xətalar Məcəlləsinin 513.2-ci maddəsinin (Toplantıların təşkili və keçirilməsi qaydasının pozulması) pozulmasında təqsirli bilərək, 300 manat cərimələniblər. 

 


“Mən “Azərbaycan!” qışqırdım”


Onlardan Nizami Abbasov deyib ki, o, həmin tədbir zamanı heç bir qaydanı pozmayıb, əksinə polis yolu bağlayaraq vətəndaşlara keçməyi imkan verməyiblər:


“Polis bizə kobudluq göstərəndə mən “Azərbaycan!” qışqırdım, həmin an polislər qollarımı arxadan burdular və onun nəticəsində əlimdən bayraq düşdü. Sonra məni polisə apardılar, barəmdə protokol tərtib etdilər. Bu gün, mayın 31-də isə cərimələndim. Apellyasiya şikayəti verəcəm”.


Dünən, mayın 30-da isə Milli Şuranın Koordinasiya Şurasının üzvü Tofiq Yaqublu və AXCP-nın 3 üzvü Abşeron Rayon Məhkəməsinin qərarı ilə 300 manat cərimələnmişdir. Tofiq Yaqublu da məhkəmə qərarından apelyasiya şikayəti verəcəklərini bildirmişdilər.


Xatırlatma


28 May Azərbaycanda Respublika Günü kimi qeyd edilir. Qeyri-iş günüdür. Mayın 28-də Müsavat Partiyası və Milli Şura ayrı-ayrılıqda Bakının Novxanı kəndində, Xalq Cümhuriyyətinin banilərindən Məhəmməd Əmin Rəsulzadənin abidəsi önündə anım mərasimi keçiriblər. Həmin anım mərasimlərində polislə gərginlik yaşanıb.


Müsavat Partiyasının dörd fəalının saxlanıb, buraxıldığı açıqlanıb. Amma onlar məhkəməyə gətirilməyib. Həmin gün Milli Şuranın tədbirində də səkkiz nəfərin saxlanıb, buraxıldığı deyilirdi. Mayın 30-u və 31-də Abşeron Rayon Məhkəməsində hakim önünə çıxarılıb 300 manat cərimə edilənlər də elə həmin 8 nəfər olub.


Azərbaycan Xalq Cümhuriyyəti 1918-ci il mayın 28-də qurulub. 1920-ci il aprelin 27-də Rusiyanın silahlı müdaxiləsi ilə süqut edib.


1991-ci il noyabrın 18-də Azərbaycan öz müstəqilliyini yenidən bəyan edib. Həmin vaxt Azərbaycan Respublikası Xalq Cümhuriyyətinin varisi elan edilib.





Загрузка...


Губернаторы России

Спорт в России и мире

Загрузка...

Все новости спорта сегодня


Новости тенниса

Загрузка...


123ru.net – это самые свежие новости из регионов и со всего мира в прямом эфире 24 часа в сутки 7 дней в неделю на всех языках мира без цензуры и предвзятости редактора. Не новости делают нас, а мы – делаем новости. Наши новости опубликованы живыми людьми в формате онлайн. Вы всегда можете добавить свои новости сиюминутно – здесь и прочитать их тут же и – сейчас в России, в Украине и в мире по темам в режиме 24/7 ежесекундно. А теперь ещё - регионы, Крым, Москва и Россия.


Загрузка...

Загрузка...

Экология в России и мире




Путин в России и мире

Лукашенко в Беларуси и мире



123ru.netмеждународная интерактивная информационная сеть (ежеминутные новости с ежедневным интелектуальным архивом). Только у нас — все главные новости дня без политической цензуры. "123 Новости" — абсолютно все точки зрения, трезвая аналитика, цивилизованные споры и обсуждения без взаимных обвинений и оскорблений. Помните, что не у всех точка зрения совпадает с Вашей. Уважайте мнение других, даже если Вы отстаиваете свой взгляд и свою позицию. Smi24.net — облегчённая версия старейшего обозревателя новостей 123ru.net.

Мы не навязываем Вам своё видение, мы даём Вам объективный срез событий дня без цензуры и без купюр. Новости, какие они есть — онлайн (с поминутным архивом по всем городам и регионам России, Украины, Белоруссии и Абхазии).

123ru.net — живые новости в прямом эфире!

В любую минуту Вы можете добавить свою новость мгновенно — здесь.






Здоровье в России и мире


Частные объявления в Вашем городе, в Вашем регионе и в России






Загрузка...

Загрузка...





Друзья 123ru.net


Информационные партнёры 123ru.net



Спонсоры 123ru.net