Добавить новость
123ru.net
World News
Май
2019

İyun ayı Türkiyə üçün təlatümlü ola bilər

0
Reuters yazır ki, Türkiyəyə Rusiyadan S-400 antiraket sistemlərinin gətiriləcəyi gün yaxınlaşdıqca, ABŞ-ın qaçılmaz sanksiyalarının elan olunacağı gün də yaxınlaşır.


ABŞ-ın və NATO müttəfiqlərinin narazılıq və etirazlarına baxmayaraq Ankaranın Rusiyadan S-400 raketdən müdafiə sistemlərini almaqda israrlı olması bir tərəfdən onun alyansdakı gələcək yeri, digər tərəfdən isə Türkiyənin onsuz da kövrək iqtisadiyyatı və zəif valyutasının taleyi barədə suallar doğurur.


Əgər qarşıdan gələn bir-iki həftədə S-400 ixtilafına son qoyulmasa, ABŞ Türkiyənin üzərinə ağır sanksiyalar tətbiq etməli olacaq.


İlk növbədə Türkiyə konkret olaraq supermüasir F-35 qırıcılarının istehsalı proqramından çıxarılacaq və Ankaranın NATO-dakı 67 illik üzvlüyünün yenidən qiymətləndirlməsi qaçılmaz olacaq.


Lakin Oksford Universitetinin beynəlxalq əlaqələr araşdırmaçısı Qalip Dalay bildirir ki, sanksiyaların Türkiyə iqtisadiyyatı üçün təsirləri ağır olsa da, bu, siyasi mənada ABŞ-Türkiyə münasibətlərinin pozulması ilə nəticələnməyəcək.


Ankara və Vaşinqton çoxdan bəridir ki, Türkiyənin Rusiyadan S-400 raket sistemləri almaq planı ilə bağlı qarşıdurmadadır.


ABŞ və NATO müttəfiqləri bildirirlər ki, Türkiyənin Rusiyadan almaq istədiyi S-400 antiraket sistemi NATO-nun müdafiə sistemlərinə uyğun deyil və üstəlik F-35 qırıcıları üçün təhlükə yaradır.


Türkiyə israr edir ki, onun öz ərazisini müdafiə etməsi NATO müttəfiqləri üçün heç bir təhlükə yarada bilməz.







S-400, yoxsa Patriot


Amma bu arada həm Ankara, həm də Vaşinqton Türkiyəyə ABŞ-ın Düşmənlərinə Qarşı Qanununa uyğun olaraq sanksiyaların tətbiqindən yan keçməyə çalışırlar.


Lakin bu qanunun müddəalarına görə sanksiyalar Rusiya istehsallı silahlar Türkiyə torpağına gətirilən andan qüvvəyə minməlidir. Bunun iyul ayında baş verəcəyi gözlənilir.


S-400 sistemlərinin gətirilməsinin ləngiməsi Donald Trump-a Erdoğanı Rusiya ilə bu sövdələşmədən çəkinməyə inandırmaq üçün vaxt verə bilər.


İki prezisdent mayın 29-da, iyunun son günlərində keçiriləcək G20 sammitində görüşmək barədə razılığa gəlib.


Reuters yazır ki, Ankaranın bütün hallarda S-400 razılaşmasına arxa çevirməsi onu Suriya cəbhəsində çıxılmaz duruma sala bilər. Rusiya tərəfindən dəstəklənən Suriya hökumət qoşunları Türkiyə sərhədində Ankara tərəfindən dəstəklənən qiyamçılara qarşı hücumları gücləndirib.


Bu arada Birləşmiş Ştatlar İranın Yaxın Şərqdə təcrid olunması üçün də Türkiyəyə təzyiq göstərir.


Vaşinqton Türkiyəyə S-400-lərə alternativ olaraq özünün Patriot raketdən müdafiə sistemlərini almağı təklif edib. Bu təklifin vaxtı iyunun 4-də bitir.







Ümid Trump-a qalır


Əgər Ankara S-400 sistemlərini Türkiyəyə gətirmək addımını hər halda atsa, onda ABŞ Konqresi Türkiyənuin F-35 proqramından çıxarılması tədbirlərinə başlayacaq.


Bu halda Trump Türkiyə üçün “Amerikanın Düşmənləri Qanununda” nəzərdə tutulmuş 12 sanksiyadan beşini seçməli olacaq. Bu qanun Rusiyadan silah alan ölkələri hədəfləyir.


Sanksiyalarda viza qadağanından tutmuş ABŞ-ın Export-Import (EXIM) bankının xidmətlərindən istifadənin yasaqlanmasınadək ən geniş tədbirlər nəzərdə tutulub.


Reuters yazır ki, Trump başlanğıc üçün Türkiyəyə qarşı nisbətən yumşaq sanksiyaları tətbiq edə bilər. Amma bu halda Konqresin Ankaraya qarşı ayrıca, daha sərt sanskiyalar qəbul etməsi mümkündür.


Ekspertlər bildirirlər ki, mümkün ABŞ sanksiyalarının zərbəsi onsuz da Vaşinqtonla münasibətlərin gərginliyinə görə bu il çəkisini 14 faiz itirmiş lirəyə dəyə bilər.


Bloomberg yazır ki, prezident Erdoğanın S-400-lə bağlı yaranmış vəziyyəti çözməyə çalışdığına dair xəbərlər mayın 30-da lirəni dollara nisbətdə 1. 4 faiz gücləndirib.


Bloomberg bunu da yazır ki, Erdoğanın Trump-la mümkün görüşü ərəfəsində ABŞ vətəndaşı, NASA alimi Serkan Golge Türkiyə həbsxanasından azad edilib. O 2016-cı il çevriliş cəhdində şübhəli kimi həbs olunmuşdu.


 





Загрузка...


Губернаторы России

Спорт в России и мире

Загрузка...

Все новости спорта сегодня


Новости тенниса

Загрузка...


123ru.net – это самые свежие новости из регионов и со всего мира в прямом эфире 24 часа в сутки 7 дней в неделю на всех языках мира без цензуры и предвзятости редактора. Не новости делают нас, а мы – делаем новости. Наши новости опубликованы живыми людьми в формате онлайн. Вы всегда можете добавить свои новости сиюминутно – здесь и прочитать их тут же и – сейчас в России, в Украине и в мире по темам в режиме 24/7 ежесекундно. А теперь ещё - регионы, Крым, Москва и Россия.


Загрузка...

Загрузка...

Экология в России и мире




Путин в России и мире

Лукашенко в Беларуси и мире



123ru.netмеждународная интерактивная информационная сеть (ежеминутные новости с ежедневным интелектуальным архивом). Только у нас — все главные новости дня без политической цензуры. "123 Новости" — абсолютно все точки зрения, трезвая аналитика, цивилизованные споры и обсуждения без взаимных обвинений и оскорблений. Помните, что не у всех точка зрения совпадает с Вашей. Уважайте мнение других, даже если Вы отстаиваете свой взгляд и свою позицию. Smi24.net — облегчённая версия старейшего обозревателя новостей 123ru.net.

Мы не навязываем Вам своё видение, мы даём Вам объективный срез событий дня без цензуры и без купюр. Новости, какие они есть — онлайн (с поминутным архивом по всем городам и регионам России, Украины, Белоруссии и Абхазии).

123ru.net — живые новости в прямом эфире!

В любую минуту Вы можете добавить свою новость мгновенно — здесь.






Здоровье в России и мире


Частные объявления в Вашем городе, в Вашем регионе и в России






Загрузка...

Загрузка...





Друзья 123ru.net


Информационные партнёры 123ru.net



Спонсоры 123ru.net