Britaniya ordusu dron axtarışına qoşulur
“Yardım, bacardığımızı etmək üçün burdayıq”, – Müdafiə naziri Gavin Williamson dekabrın 21-də Sky News-a deyib.
Dekabrın 20-də gecəyarısı aeroport rəsmiləri bildiriblər ki, “dronlar hələ də göründüyündən Gatwick-in uçuş zolağı açılmayıb”.
Uçuş zolağı dekabrın 19-da bağlanıb, belə ki, 24 saat ərzində aeroport yaxınlığında qeyri-adi iri dronlar 50 dəfədən çox görünüb.
Polis dronların terrorçuluqla bağlı olmadığını, amma “məqsədli şəkildə” pozuntu yaratdığını deyib.
Aeroport uçuş zolağının “təhlükəsizlikdən əmin olmayınca” açılmayacağını bildirib.
Gatwick Milad bayramına görə günə 115 min sərnişin qəbul edib yola salacağını gözləyirdi.
