Добавить новость
123ru.net
World News
Ноябрь
2018

Rafiq Tağının qətli ilə bağlı işdə yenilik varmı?

0
“Tezliklə yazıçı-jurnalist Rafiq Tağının işi ilə bağlı Avropa Məhkəməsinin qərarının elan edilməsi gözlənilir”.


Bu sözləri bıçaqlanmasından bir neçə gün sonra, 2011-ci il noyabrın 23-də xəstəxanada vəfat etmiş Rafiq Tağının vəkillərindən Rəşid Hacılı AzadlıqRadiosuna açıqlamasında bildirib.


Mərhum yazıçı-jurnalistin hüquqlarını Avropa İnsan Haqları Məhkəməsində Rəşid Hacılı ilə yanaşı, Böyük Britaniyadan olan bir neçə vəkil də qoruyur.


Rəşid Hacılı deyir ki, bıçaqlanandan sonra xəstəxanada vəfat edən Rafiq Tağının ölümü ilə bağlı cinayət işi açılsa da, Azərbaycan hökuməti onun ölüm işini effektiv araşdırmayıb:


“Hökumət, istintaqı aparan qurumlar səmərəli istintaq aparmaq vəzifəsinin öhdəsindən gələ bilməyiblər. 2014-cü ildə bu iş üzrə icraat dayandırılıb. Prokurorluq cinayət işi üzrə belə qərar qəbul edib. Prokurorluq həmin qərarını belə əsaslandırıb ki, təqsirləndirilən qismində cəlb edilməli olan şəxs müəyyən edilmədiyindən, qanunvericiliyin tələblərinə uyğun olaraq, iş üzrə icraat dayandırılıb. ”


Vəkil deyir ki, Rafiq Tağının işi üzrə şikayətin Avropa İnsan Haqları Məhkəməsində araşdırılması artıq bitib.


Rafiq Tağının 2006-cı ildə həbs edilməsi işi üzrə də qərar verilməlidir.


“Bu işlə bağlı kommunikasıya 1 ildir, ötən ilin noyabrında bitib. İş Avropa Məhkəməsində qərar verilmə mərhələsindədir, qərarı gözləyirik”, deyən vəkil əlavə edib ki, Avropa İnsan HaqlarıMəhkəməsi həm də Rafiq Tağı ilə bağlı başqa bir şikayət üzrə də qərarını elan etməlidir:


“Rafiq Tağı 2006-ci il noyabrın 15-də “Sənət” qəzetinin baş redaktoru Samir Hüseynovla (Sədaqətoğlu) birlikdə“Avropa və biz” məqaləsinə görə həbs edilmişdi. Həmin vaxt onlar dini nifrət və dini ayrıseçkilik salmaqda ittiham olunmuş, Rafiq Tağı 3 il, Samir Hüseynov da 4 il azadlıqdan məhrum edilmişdi. Bu, söz adamına, yazıçıya qarşı qəddar bir qərar idi. Azərbaycan məhkəmələrinin həmin aşırı sərt qərarından verilmiş şikayət üzrə kommunikasiya da başa çatıb. Həmin iş üzrə də qərarı gözləyirik”.


Vəkliin bu açıqlamasına, hələlik, prokurorluq və başqa rəsmi qurumlardan münasibət almaq mümkün olmayıb. Ancaq Azərbaycan rəsmiləri dəfələrlə bildiriblər ki, bu qətilin üstünün açılmasında və cinayətkarların tapılmasında maraqlıdırlar.


XATIRLATMA


Rafiq Tağını 7 il əvvəl, 2011-ci il noyabrın 19-da işdən evinə gedəndə küçədə naməlum şəxslər bıçaqlamışdı. O, 4 gün sonra xəstəxanada vəfat edib.


Rafiq Tağının ölümü ilə bağlı cinayət işi açılıb, amma 2014-cü ildə prokurorluq cinayət işi üzrə icraatın dayandırılması haqda qərar verib. Prokurorluğun bu qərarını mərhum yazıçının ailə üzvləri və həmkarları narazılıqla qarşılamışdılar.





Загрузка...


Губернаторы России

Спорт в России и мире

Загрузка...

Все новости спорта сегодня


Новости тенниса

Загрузка...


123ru.net – это самые свежие новости из регионов и со всего мира в прямом эфире 24 часа в сутки 7 дней в неделю на всех языках мира без цензуры и предвзятости редактора. Не новости делают нас, а мы – делаем новости. Наши новости опубликованы живыми людьми в формате онлайн. Вы всегда можете добавить свои новости сиюминутно – здесь и прочитать их тут же и – сейчас в России, в Украине и в мире по темам в режиме 24/7 ежесекундно. А теперь ещё - регионы, Крым, Москва и Россия.


Загрузка...

Загрузка...

Экология в России и мире




Путин в России и мире

Лукашенко в Беларуси и мире



123ru.netмеждународная интерактивная информационная сеть (ежеминутные новости с ежедневным интелектуальным архивом). Только у нас — все главные новости дня без политической цензуры. "123 Новости" — абсолютно все точки зрения, трезвая аналитика, цивилизованные споры и обсуждения без взаимных обвинений и оскорблений. Помните, что не у всех точка зрения совпадает с Вашей. Уважайте мнение других, даже если Вы отстаиваете свой взгляд и свою позицию. Smi24.net — облегчённая версия старейшего обозревателя новостей 123ru.net.

Мы не навязываем Вам своё видение, мы даём Вам объективный срез событий дня без цензуры и без купюр. Новости, какие они есть — онлайн (с поминутным архивом по всем городам и регионам России, Украины, Белоруссии и Абхазии).

123ru.net — живые новости в прямом эфире!

В любую минуту Вы можете добавить свою новость мгновенно — здесь.






Здоровье в России и мире


Частные объявления в Вашем городе, в Вашем регионе и в России






Загрузка...

Загрузка...





Друзья 123ru.net


Информационные партнёры 123ru.net



Спонсоры 123ru.net