Добавить новость
123ru.net
World News
Ноябрь
2018

Amnesty Azərbaycanı saxlananları buraxmağa çağırır

0
Amnesty International hüquq-müdafiə təşkilatı Azərbaycan hakimiyyətini noyabrın 17-də Bakıda saxlanmış fəalları azadlığa buraxmağa, sərbəst toplaşma azadlığını qorumağa çağırır. Qurum dünən yaydığı bəyanatda noyabrın 17-də müxalifət liderlərinin və fəalların saxlanmasını sərbəst toplaşma azadlığının pozulması kimi dəyərləndirir.


Noyabrın 17-də Milli Dirçəliş günü ilə bağlı Milli Şura rəhbərliyi və fəallar Şəhidlər Xiyabanına gediblər. Onlar Şəhidlər Xiyabanını ziyarət edəcəklərini açıqlamışdılar. Amma polis buna imkan verməyib. Başda Milli Şura sədri Cəmil Həsənli, bu quruma daxil AXCP sədri Əli Kərimli olmaqla onlarla şəxsi Səbail Rayon Polis İdarəsinə aparılıblar. Gecə saatlarında C.Həsənli və bəzi fəallar sərbəst buraxılıblar. Amma Ə.Kərimli və daha 10 nəfər buraxılmayıb. Onlar İnzibati Xətalar Məcəlləsinin 513.1 və 513.2-ci maddələri ilə günahlandırılıblar. Orada söhbət yığıncaqlar, mitinqlər, nümayişlər, küçə yürüşləri, piketlər ilə bağlı «Sərbəst toplaşmaq azadlığı haqqında» Qanun ilə müəyyən edilmiş qaydaların pozulmasından gedir. Həmin maddələr 3 min manata qədər cərimə, 240 saata qədər ictimai işlər və 2 aya qədər həbs cəzası nəzərdə tutur.


“CƏMİYYƏTDƏ QORXU MÜHİTİ YARANIR”


Noyabrın 19-da Əli Kərimli 2500 manat cərimələnərək buraxılıb. Saxlananlardan 3 nəfərə 20 sutka həbs cəzaları kəsilib, qalanlar cərimə edilərək sərbəst buraxılıb.




“Azərbaycan Konstitusiyası sərbəst toplaşma azadlığını təmin etsə də, digər qanunlar ictimai yığıncaqların keçirilməsini sərt şəkildə tənzimləyir, yerli icra orqanları isə adətən, müxalifətin təşkil etdiyi dinc yürüşlərə icazə vermirlər, polis dinc yürüşlərin dağıdılmasında aşırı gücdən istifadə edir. Hakimiyyət konstitusiyanın və Azərbaycanın ratifikasiya etdiyi beynəlxalq insan haqları sazişlərinin tanıdığı dinc toplaşma azadlığını təmin etməlidir. Hakimiyyət administrativ cəza kəsilmiş fəalları dərhal azadlığa buraxmalıdır”, – bəyanatda deyilir.


Amnesty International illərdir Azərbaycanda insan haqları pozuntuları barədə məlumat yaydığını, bu ölkədə ifadə, birləşmə və sərbəst toplaşma azadlıqlarının sərt şəkildə məhdudlaşdırıldığını bildirir. Qurum yerli insan haqları müdafiəçilərinə istinadla ölkədə 100-dən artıq şəxsin siyasi motivlərlə həbs cəzası çəkdiyini qeyd edir. “Bu halların sayı artır və cəmiyyətdə qorxu, özünüsenzura mühiti yaradır”, – bəyanatda deyilir.


Qeyd edək ki, hakimiyyət təmsilçiləri ölkədə siyasi motivli həbslərin aparılmadığını, fərdlərin konkret cinayətlərə görə cəza çəkdiyini bildirir. Onlar bütün təməl hüquq və azadlıqların təmin olunduğunu deyir, beynəlxalq qurumların tənqidlərini rədd edirlər.





Загрузка...


Губернаторы России

Спорт в России и мире

Загрузка...

Все новости спорта сегодня


Новости тенниса

Загрузка...


123ru.net – это самые свежие новости из регионов и со всего мира в прямом эфире 24 часа в сутки 7 дней в неделю на всех языках мира без цензуры и предвзятости редактора. Не новости делают нас, а мы – делаем новости. Наши новости опубликованы живыми людьми в формате онлайн. Вы всегда можете добавить свои новости сиюминутно – здесь и прочитать их тут же и – сейчас в России, в Украине и в мире по темам в режиме 24/7 ежесекундно. А теперь ещё - регионы, Крым, Москва и Россия.


Загрузка...

Загрузка...

Экология в России и мире




Путин в России и мире

Лукашенко в Беларуси и мире



123ru.netмеждународная интерактивная информационная сеть (ежеминутные новости с ежедневным интелектуальным архивом). Только у нас — все главные новости дня без политической цензуры. "123 Новости" — абсолютно все точки зрения, трезвая аналитика, цивилизованные споры и обсуждения без взаимных обвинений и оскорблений. Помните, что не у всех точка зрения совпадает с Вашей. Уважайте мнение других, даже если Вы отстаиваете свой взгляд и свою позицию. Smi24.net — облегчённая версия старейшего обозревателя новостей 123ru.net.

Мы не навязываем Вам своё видение, мы даём Вам объективный срез событий дня без цензуры и без купюр. Новости, какие они есть — онлайн (с поминутным архивом по всем городам и регионам России, Украины, Белоруссии и Абхазии).

123ru.net — живые новости в прямом эфире!

В любую минуту Вы можете добавить свою новость мгновенно — здесь.






Здоровье в России и мире


Частные объявления в Вашем городе, в Вашем регионе и в России






Загрузка...

Загрузка...





Друзья 123ru.net


Информационные партнёры 123ru.net



Спонсоры 123ru.net