Добавить новость
123ru.net
World News
Октябрь
2018

Deputat:“O dövrün 50 min manatı 20 dollara yaxın idi”

0
Ölkənin ərazi bütövlüyü uğurunda döyüşlərdə həlak olan insanların bəzilərinin ailə üzvlərinin birdəfəlik ödəniş ala bilməmələrini söyləmsi başa vurmağda oldğumuz həftədə Azərbaycanda ən çox müzakirə olunan məsələlərdən biri oldu. Bu məsələ Milli Məclisdə də gündəmə gəldi.


Dövlət Sığorta Kommersiya Şirkəti ("Azərsığorta") isə öz növbəsində bir neçə gün əvvəl yaydığıaçıqlamada həmin ailələrin səsləndirdiyi iddianın doğru olmadığını vurğuladı:


“1991-1997-ci illərdə hərbi xidməti vəzifəsini yerinə yetirərkən həlak olmuş və itkin düşmüş hərbi qulluqçuların varislərinə ödəniş daha əvvəl edilib. Həmin dövrdə “Hərbi qulluqçuların dövlət icbarı şəxsi sığortası haqqında” qanununa əsasən, varislərə 50.000 – 200.000 manat məbləğində sığorta ödənişi həyata keçrilib. Sığorta ödənişi məbləğləri hərbi qulluqçuların varislərinin adlarına Əmanət Bankında olan hesablarına köçürülüb...”.


Hüquqşünas, deputat Fazil Mustafa ilə əlaqə saxlayaraq bütün bunlara onun münasibətini öyrəndik.


Fazil Mustafa Milli Məclisdə də məsələni gündəmə gətirdiyini xatırladaraq bunları dedi: 


“Kimsə şəhid olubsa, prezidentin fərmanında nəzərdə tutulan 11 min manat verilməlidir. Həm də 11 min manat yüngülləşdirici hal kimi qəbul olunubsa, bunun geriyə qüvvəsi var və təsdiqlənə bilər. Əvvəllər 50 min manat alan şəhid ailələrinə heç olmasa bu məbləğin 70 faizi təkrar verilməlidir, ən azı yarısı. Çünki o dövrün 50 min manatı 20 dollara yaxın idi. Bu isə ödəmənin mənasına gəlmir. Həmin vaxt dövlətin imkanları indiki kimi deyildi. Buna görə də həmin vəsaiti şəhid ailələrindən əsirgəməməlidirlər”




Fazil Mustafanın sözlərinə görə, Milli Məclisdə bununla bağlı ciddi iş gedir, onların bütün sınədlıri yoxlanılır.


“ Ola bilsin ki, yaxın zamanlarda qanunvericilik təşəbbüsü ilə çıxış edilsin ki, bu insanlara da eyni vəsait verilsin”


Buna da bax:Qarabağ döyüşlərində ölənlərin ailəsinə veriləcək ödəmələrə görə mübahisələr səngimir


Xatırlatma


Azərbaycan prezidenti 2018-ci il aprelin 19-da 1997-ci il avqustun 2-nə kimi Azərbaycanın ərazi bütövlüyü uğrunda döyüşlərdə həlak olan və hərbi əməliyyatlarla əlaqədar xəbərsiz itkin düşdüyünə görə ölmüş elan edilən hərbi qulluqçuların vərəsələrinə 11 min manat birdəfəlik ödəmə həyata keçirilməsi barədə fərman imzalayıb.


Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi isə oktyabrın 9-dan sənədlərin qəbuluna başlayıb.


Oktyabrın 16-da Azərbaycanın ərazi bütövlüyü uğurunda döyüşlərdə həlak olan insanların ailə üzvlərindən bir qrupu birdəfəlik müavinət ala bilmədiklərindən şikayətləniblər. Onların demələrinə görə, həlak olan yaxınlarının soyadını, adını və atasının adını uyğun sayıta daxil edəndə sığorta ödənişinin həyata keçirildiyi barədə informasiya ilə qarşılaşırlar. Bəzilərinin qeyd etməsinə görə, isə eyni cavabı sığorta şirkətinin yerli filiallarında alıblar.


Şikayətçiləri Milli Məclisin bir neçə deputatı da qəbul etmişdi.


Məsələ ilə bağlı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi də açıqlama vermişdi. Həmin açıqlamada isə bildirilirdi ki, şikayətçilərin bəzilərinə sığorta pulu verilib. Bəzi şikayətlərlə bağlı isə araşdırmalar davam edir.





Загрузка...


Губернаторы России

Спорт в России и мире

Загрузка...

Все новости спорта сегодня


Новости тенниса

Загрузка...


123ru.net – это самые свежие новости из регионов и со всего мира в прямом эфире 24 часа в сутки 7 дней в неделю на всех языках мира без цензуры и предвзятости редактора. Не новости делают нас, а мы – делаем новости. Наши новости опубликованы живыми людьми в формате онлайн. Вы всегда можете добавить свои новости сиюминутно – здесь и прочитать их тут же и – сейчас в России, в Украине и в мире по темам в режиме 24/7 ежесекундно. А теперь ещё - регионы, Крым, Москва и Россия.


Загрузка...

Загрузка...

Экология в России и мире




Путин в России и мире

Лукашенко в Беларуси и мире



123ru.netмеждународная интерактивная информационная сеть (ежеминутные новости с ежедневным интелектуальным архивом). Только у нас — все главные новости дня без политической цензуры. "123 Новости" — абсолютно все точки зрения, трезвая аналитика, цивилизованные споры и обсуждения без взаимных обвинений и оскорблений. Помните, что не у всех точка зрения совпадает с Вашей. Уважайте мнение других, даже если Вы отстаиваете свой взгляд и свою позицию. Smi24.net — облегчённая версия старейшего обозревателя новостей 123ru.net.

Мы не навязываем Вам своё видение, мы даём Вам объективный срез событий дня без цензуры и без купюр. Новости, какие они есть — онлайн (с поминутным архивом по всем городам и регионам России, Украины, Белоруссии и Абхазии).

123ru.net — живые новости в прямом эфире!

В любую минуту Вы можете добавить свою новость мгновенно — здесь.






Здоровье в России и мире


Частные объявления в Вашем городе, в Вашем регионе и в России






Загрузка...

Загрузка...





Друзья 123ru.net


Информационные партнёры 123ru.net



Спонсоры 123ru.net