Putin Ukraynada seçkinin ‘nəticələrini gözləyir’
“Məncə, Rusiya sonucda qərara gəlib ki, Ukrayna seçkisinin nəticəsini, nə baş verəcəyini gözləsin. Ola bilsin, Rusiyanı daha əlverişli mövqeyə aparacaq yeni fürsət yaranacaq”, – Volker oktyabrın 18-də Vaşinqtondakı Atlantik Şurasında deyib.
Bundan öncə Rusiya prezidenti Vladimir Putin Soçidə demişdi ki, Ukraynada president seçkisindən sonar Rusiyaya daha dostyana yanaşan hökumətin yaranacağına ümid edir. Seçki martın 31-də keçirilməlidir.
Putin iddia edib ki, Kiyevin hazırkı rəhbərliyi də sülh danışıqlarında irəliyə hər hansı addım atmazdan öncə seçkini gözləyir.
Moskva 2014-cü ildə Ukraynanın Krım yarımadasını ilhaq edib və ölkənin şərqindəki separatçıları dəstəkləməyə başlayıb. O vaxtdan münaqişədə 10 mindən çox adam həlak olub.
