Добавить новость
123ru.net
World News
Октябрь
2018

İranın baş prokuroru deyir ki, qadınların futbola baxması günahdır

0
AzadlıqRadiosu yazır ki, İran hakimiyyət orqanlarının əvvəlcədən seçilmiş bir qrup qadının oktyabrın 16-da Tehranın Azadi stadionunda İran-Boliviya futbol matçına tamaşa etməsinə icazə verməsi ölkənin islahatyönlü mətbuatı tərəfindən “irəliyə doğru addım və İran qadınları üçün qələbə” kimi qiymətləndirilib.


Lakin ölkə ədliyyəsinin vəzifəlilərindən biri sevinc əhval-ruhiyyəsinin uzun sürməsinə imkan verməyib. O deyib ki, qadınların “yarıçılpaq” kişilərin futbol oynamasına baxmaları günahdır.







Matç günü tribunalarda çəkilmiş fotolar bir sıra qəzetlərdə dərc olunub. Bu fotolarda stadionun tribunalarındakı qadınlar məmnun görünürlər. Hərçənd onların əksərən futbolçuların ailə üzvləri olduqları bildirilir. Xəbər verilir ki, onların matça tamaşa etməsinə İranın Futbol Federasiyası icazə verib.












İslahatyönlü Etemad qəzetinin ön səhifəsində “Bir addım irəli” başlığı altında dərc olunmuş məqaləsinin fotolarında əllərində İran bayraqları olan azarkeş qadınlar əks edilib.


Başqa bir islahatyönlü mətbuat orqanı - Şərq qəzetinin başlığı isə belə idi: “Azadlıq İran qadınlarını salamlayır”.


İranın idman qəzetləri olan İrane Vərzeşi və Xəbəre Vərzeşi də “Qadınlar azadlığa çatırlar” və “Qadınlar azadlıqda” adlı məqalələr dərc edib.


Amma İranda qəzetlərin bu sevincini heç də hamı bölüşmür.


Oktyabrın 17-də İranın baş prokuroru Mohammad Javad Montazeri deyib:


"Qadınların stadionlarda olması ziyanlıdır və dini baxımdan buna heç cür haqq qazandırmaq olmaz. Qadınların stadiona gedib orada yarıçılpaq kişiləri görməsi günahdır”.


Montazeri “həddini aşaraq” qadınların stadiona gəlməsinə icazə vermiş rəsmilərə xəbərdarlıq edib.


Mühafizəkarlar deyirlər ki, qadınların stadionlara gəlməsinin qadağan olunması onların nalayiq sözlər eşitməsinin və idmançı kişilərin yarıçılpaq bədənlərini görməsinin qarşısını almaq üçündür.


AzadlıqRadiosu yazır ki, İran qadınları qadağana baxmayaraq stadionlara gəlmək üçün müxtəlif fəndlərə əl atırlar. Bunlardan biri də onların kişi paltarları geyinməsidir.


Son illərdə çox sayda qadın və kişi qadınların stadionlara girişinə qoyulmuş qadağanı pisləyib.


İran prezidenti Hasan Rohani deyib ki, “İslamda qadın və kişi arasında fərq qoyulmur və qadınların idman tədbirlərinə qatılmasına icazə verilməlidir”.


İran və Boliviya arasında keçirilmiş yoldaşlıq matçına gəlincə isə İran komandası 2-1 hesabı ilə qalib gəlib.





Загрузка...


Губернаторы России

Спорт в России и мире

Загрузка...

Все новости спорта сегодня


Новости тенниса

Загрузка...


123ru.net – это самые свежие новости из регионов и со всего мира в прямом эфире 24 часа в сутки 7 дней в неделю на всех языках мира без цензуры и предвзятости редактора. Не новости делают нас, а мы – делаем новости. Наши новости опубликованы живыми людьми в формате онлайн. Вы всегда можете добавить свои новости сиюминутно – здесь и прочитать их тут же и – сейчас в России, в Украине и в мире по темам в режиме 24/7 ежесекундно. А теперь ещё - регионы, Крым, Москва и Россия.


Загрузка...

Загрузка...

Экология в России и мире




Путин в России и мире

Лукашенко в Беларуси и мире



123ru.netмеждународная интерактивная информационная сеть (ежеминутные новости с ежедневным интелектуальным архивом). Только у нас — все главные новости дня без политической цензуры. "123 Новости" — абсолютно все точки зрения, трезвая аналитика, цивилизованные споры и обсуждения без взаимных обвинений и оскорблений. Помните, что не у всех точка зрения совпадает с Вашей. Уважайте мнение других, даже если Вы отстаиваете свой взгляд и свою позицию. Smi24.net — облегчённая версия старейшего обозревателя новостей 123ru.net.

Мы не навязываем Вам своё видение, мы даём Вам объективный срез событий дня без цензуры и без купюр. Новости, какие они есть — онлайн (с поминутным архивом по всем городам и регионам России, Украины, Белоруссии и Абхазии).

123ru.net — живые новости в прямом эфире!

В любую минуту Вы можете добавить свою новость мгновенно — здесь.






Здоровье в России и мире


Частные объявления в Вашем городе, в Вашем регионе и в России






Загрузка...

Загрузка...





Друзья 123ru.net


Информационные партнёры 123ru.net



Спонсоры 123ru.net