Добавить новость
123ru.net
World News
Сентябрь
2018

BMT Təhlükəsizlik Şurasının üzvləri Trump-ın İrana sanksiyalarını dəstəkləmir

0
BMT Təhlükəsizlik Şurasının üzvləri Trump-ın İrana sanksiyalarını dəstəkləmir

ABŞ prezidenti Donald Trump BMT Baş Assambleyasında bütün ölkələri İranın təcrid edilməsinə çağırdıqdan bir gün sonra, BMT Təhlükəsizlik Şurasındakı çıxışında da Tehranın tənqidini davam etdirib.

Trump sentyabrın 26-da etdiyi çıxışda deyib ki, İran özünün “ballistik raket proqramı üçün həssas materialların qanunsuz əldə olunmasını davam etdirir” və bu raketləri Yaxın Şərq boyunca yayır:

"Bu rejim dünyada terrorun aparıcı sponsorudur və region boyunca, habelə ondan uzaqlarda münaqişələri qızışdırır”.

Lakin onun bütün ölkələrə İrana qarşı ABŞ sanksiyalarına qoşulmaq çağırışı 2015-ci il nüvə sazişinin digər imzaçıları tərəfindən rədd edilib. Bunlar Britaniya, Fransa, Rusiya, Çin və Almaniyadır.

Bu arada İran prezidenti Hassan Rohani BMT Baş Assambleyasının əsnasında jurnalistlərə deyib ki, Tehran, bu, onun ölkəsi üçün faydalı olacağı müddətdə sazişə sadiq qalmaqda davam edəcək.

Trump Təhlükəsizlik Şurasına deyib ki, o bu sazişin İrana nüvə silahı yaratmaq imkanı verdiyinə inandığına görə ABŞ-ı 2015-ci il sazişindən çıxarıb.

O iddia edib ki, 2015-ci il sazişi imzalanandan bəri “İranın təcavüzü yalnız artıb”.

Trump deyib ki, “bu birtərəfli razılaşma İrana nüvə bombası istiqamətində irəliləmək imkanı verib, habelə rejimə onun ən çox ehtiyacı olduğu bir vaxtda valyuta axını yaradıb”.

Trump deyib ki, “onların vəziyyəti çox-çox ağır idi, onlara pul lazım idi və biz bu pulu verdik”.

Trump habelə İranla biznes edəcək bütün şirkətlərin cəzalandırılacağına dair hədəsini təkrar edib.

Bundan bir gün əvvəl 2015-ci il sazişini imzalamış digər beş ölkə İranla ticarətin davam etdirilməsi üçün xüsusi ödəniş sistemi yaradacaqlarını elan etmişdi.

Lakin Fransa prezidenti Emmanuel Macron və Britaniyanın baş naziri Theresa May Trump-ın İranla sazişi qiymətləndirməsi ilə razılaşmadıqlarını bildiriblər.

Onlar israr ediblər ki, bu saziş Tehranın nüvə silahı yaratmasının qarşısını alıb.

May deyib ki, kütləvi qırğın silahlarının yayılmasının qarşısı yalnız “2015-ci il sazişini əldə etmiş kollektiv liderliyə bənzər bir liderliklə alına bilər”.

Britaniya baş naziri əlavə edib ki, 2015-ci ilin nüvə sazişi İranın nüvə silahı istehsal etməsinin qarşısını almaq üçün ən yaxşı vasitə olaraq qalır.

“Çox ciddi etimad böhranı”

Macron deyib ki, Trump ABŞ-ı bu sazişdən çıxarmaqla “çox ciddi etimad böhranı” yaradıb.

O əlavə edib ki, BMT Təhlükəsizlik Şurasının dəstəklədiyi bu sazişə Təhlükəsizlik Şurasının bütün üzvləri tərəfindən ehtiram göstərilməsi zəruridir.

Macron bunu da qeyd edib ki, İranın ballistik raket proqramının doğurduğu narahatlıqla bağlı “yeni danışıqlar üçün bazanın” mövcud olması lazımdır:

"BMT Təhlükəsizlik Şurasının üzvləri kütləvi qırğın silahlarının yayılmamasına dair beynəlxalq rejimə və bu rejimi dəstəkləyən beynəlxalq təsisatlara hücum etməməlidirlər”.

Macron deyib ki, nüvə sazişi 2015-ci ildə imzalanandan bəri onu imzalayanların “yolları ayrılıb”.

Theresa May İranı da tənqid edərək deyib ki, “raketlərin və təkmil hərbi texnologiyaların Livandakı Hizbullah kimi qruplara və ya Yəməndəki şiə huti qiyamçılarına ötürülməsi Təhlükəsizlik Şurasının qətnamələrinə uyğun deyil”.

Rusiya və Çin də İranla sazişi dəstəkləyir

Rusiyanın xarici işlər naziri Sergey Lavrov Təhlükəsizlik Şurasındakı çıxışında deyib ki, Trump-ın İran sazişindən çıxmaq qərarı kütləvi qırğın silahlarının yayılmamasına dair beynəlxalq rejimə “təhlükə təşkil edir”.

O deyib ki, Rusiya Avropa İttifaqı, Çin və İranla birlikdə 2015-ci il sazişinin qorunub saxlanmasına çalışır.

Çinin xarici işlər naziri Wang Yi deyib ki, İranla nüvə müqaviləsi “çoxtərəfliyin çətin əldə etdiyi nailiyyətdir”.

O qeyd edib ki, “mükəmməl beynəlxalq razılaşma yoxdur”, lakin İranla nüvə sazişi BMT-nin Təhlükəsizlik Şurası tərəfindən yekdilliklə qəbul edilib.

Çin naziri İranı nüvə sazişinə bağlı qalmağa çağırıb.






Загрузка...


Губернаторы России
Москва

Москва-Пекин. Собянин в Китае подписал соглашение о сотрудничестве


Спорт в России и мире
Москва

Военно-спортивный фестиваль Росгвардии в «Лужниках» собрал более 20 000 москвичей и гостей столицы


Загрузка...

Все новости спорта сегодня


Новости тенниса
ATP

Теннисисты Медведев и Рублев сохранили позиции в рейтинге ATP


Загрузка...


123ru.net – это самые свежие новости из регионов и со всего мира в прямом эфире 24 часа в сутки 7 дней в неделю на всех языках мира без цензуры и предвзятости редактора. Не новости делают нас, а мы – делаем новости. Наши новости опубликованы живыми людьми в формате онлайн. Вы всегда можете добавить свои новости сиюминутно – здесь и прочитать их тут же и – сейчас в России, в Украине и в мире по темам в режиме 24/7 ежесекундно. А теперь ещё - регионы, Крым, Москва и Россия.


Загрузка...

Загрузка...

Экология в России и мире
Москва

Обмен электронными транспортными накладными стал доступен участникам «Биржи грузоперевозок ATI.SU»





Путин в России и мире
Москва

Путин летит к Ким Чен Ыну. Россия и Северная Корея станут стратегическими партнёрами


Лукашенко в Беларуси и мире



123ru.netмеждународная интерактивная информационная сеть (ежеминутные новости с ежедневным интелектуальным архивом). Только у нас — все главные новости дня без политической цензуры. "123 Новости" — абсолютно все точки зрения, трезвая аналитика, цивилизованные споры и обсуждения без взаимных обвинений и оскорблений. Помните, что не у всех точка зрения совпадает с Вашей. Уважайте мнение других, даже если Вы отстаиваете свой взгляд и свою позицию. Smi24.net — облегчённая версия старейшего обозревателя новостей 123ru.net.

Мы не навязываем Вам своё видение, мы даём Вам объективный срез событий дня без цензуры и без купюр. Новости, какие они есть — онлайн (с поминутным архивом по всем городам и регионам России, Украины, Белоруссии и Абхазии).

123ru.net — живые новости в прямом эфире!

В любую минуту Вы можете добавить свою новость мгновенно — здесь.





Зеленский в Украине и мире

Навальный в России и мире


Здоровье в России и мире


Частные объявления в Вашем городе, в Вашем регионе и в России






Загрузка...

Загрузка...



Филипп Киркоров

Филипп Киркоров, Люся Чеботина, SHAMAN – 25 ярких звезд в Открытой студии «Авторадио» на «Премии МУЗ-ТВ 2024»



Москва

Воспоминания о военном и послевоенном детстве. Интервью Л.Ф. Обуховой

Друзья 123ru.net


Информационные партнёры 123ru.net



Спонсоры 123ru.net