Tanzaniyada bərə aşıb – azı 136 ölü
Tanzaniya, Keniya və Uqandanın əhatələdiyi göldə qəza zamanı azı 37 nəfəri xilas etmək mümkün olub.
Onlarla adamın itkin düşdüyü bildirilir, axtarış işləri aparılır.
İlkin məlumatlara görə, bərədə 300-dən çox adam olub. Dəqiq say bəlli deyil. Adətən, belə bərələrə yüzlərlə adam sığır.
Bərənin sentyabrın 20-də günortadan sonra batdığı xəbər verilir.
