Добавить новость
123ru.net
World News
Сентябрь
2018

Dan Brown Allahdan və texnologiyadan yazır

0
Dan Brown-un Robert Langdon-un macəraları seriyası, o cümlədən məşhur "Da Vinci kodu" blokbasterinin bütün dünyada 200 milyondan çox nüsxəsi satılıb.


Onun “Mənşə” ("Origin") adlı son trillerində simvoloq Langdon qayıdaraq bəşərin mövcudluğunun iki fundamental sualına cavab axtarır: Biz haradan gəlmişik və hara gedirik?


Brown CBS kanalının səhər proqramına müsahibəsində deyib ki, Allah və texnologiya onun kitablarına davamlı təsir edir.


İKİ DÜNYA


"Mən çox dindar ailədə böyümüşəm. Anam kilsədə orqanist idi. Dindar uşaq idim. Atamsa riyaziyyat müəllimi idi, çoxlu riyaziyyat dərslikləri yazmışdı. Beləliklə, biz bu iki dünyada, elm və din dünyasında yaşayırdıq. Bu, bir növ bütün bu kitablarda daim ortaya çıxan mövzudur, elm və din, Allah və texnologiya. Bu, bir növ bu ikisini bir-biri ilə barışdırmaq üçün yola çıxmaqdır”, – yazıçı deyib.


Yeni kitabda süni zəkaya geniş yer verilib.


"Bütün texnologiyanı sevirəm, ancaq süni zəka məni dərindən heyrətə gətirən bir şeydir. Əsasən ona görə ki, alimlər onun bizi xilas edəcəyi, yoxsa öldürəcəyi barədə razılığa gələ bilmirlər”, – o deyib.


"Bir çox alimlərə elə gəlir ki, biz yeni İntibahın astanasındayıq və süni zəka bəşəriyyətin qıtlıq, əhalinin sıxlığı, ətraf mühitin çirklənməsi kimi böyük problemlərini həll edəcək. Ancaq bununla yanaşı çox sayda alim onun çox güclü olduğunu və bizi məhv edəcəyini deyir. Onlar dəlil kimi xatırladırlar ki, insanlıq heç vaxt silaha çevirmədiyi texnologiya yaratmayıb. Süni zəkanın fərqli olacağını düşünmək sadəlövhlük olardı”, – deyə Dan Brown fikrini əsaslandırmağa çalışıb.


Kitabdakı surətlərdən biri olan Winston süni zəkanın nümunəsidir. O, Langdona kitabdakı müəmmanı çözməyə kömək etməyə yaradılıb. Ancaq bu, həqiqətən də belədirmi?


“ŞƏRİ DƏ ÖYRƏNƏCƏK”


Brown süni zəkanın ortaya çıxardığı təhlükələrə şübhəylə yanaşmır:


"Süni zəkanı bu qədər güclü edəcək şey onun öyrənmə bacarığı və onun insan mədəniyyətinə baxışı öyrənmə tərzidir. İndi etdiyimiz hər şey – bütün kitablarımız, bütün podkastlarımız, bütün YouTube videolarımız, email-lərimiz – hamısı rəqəmsallaşıb. Buna görə də kompüterin bütün bunları oxuyaraq insanların bir-biri ilə necə ünsiyyətdə olması və qərarları necə verdiyini öyrənməsi mümkündür.


Sual ondan ibarətdir ki, bizim mədəniyyətimiz yeni şüur və yeni zəka üçün yaxşı nümunədirmi? Əgər o bizim kimi olmağı öyrənsə …mərhəməti öyrənəcək, ancaq o, həm də …xudbin şəri öyrənəcək”.


Brown bu kitab üçün araşdırma apararkən həm alimlər, həm də ilahiyyatçılarla danışıb.


"Texnologiya insanlarla qarşılıqlı ünsiyyətimizin tərzini dəyişir. Uşaq olanda mənim üçün möcüzə Məsihin bakirə anadan doğulması və yenidən dirilməsi idi. Bu günsə əksər uşaqlarla dirilişdən danışsanız, bu onların beynində qalmayacaq. Onların möcüzəsi Snapchat-in bu həftə nə edə bilməsidir, yaxud da iOS-in nə edə bilməsidir”, – o deyir.


MARAQ


Brown deyir ki, əsərlərində onu müxtəlif mövzulara və məkanlara aparan özünün hər şeylə maraqlanmasıdır. Yazıçı ümid edir ki, bu, oxucuların da marağını artıra biləcək:


"Özümə maraqlı şeylər barədə məlumat vermək istəyirəm. Bu şeylərin çoxunu yolüstü öyrənirəm. Məsələn, müasir incəsənət, Palmarian kilsəsi (öz papası olan ayrıca ispan sektası), süni zəka.


Yalan deməyəcəm, bu kitabları yazmağın ən çox həzz verən tərəfi “İndi hara haqqında yazacam? Ən yaxşısı ora gedim!” deməkdir. “Mənşə” üçün araşdırmaya bir-iki il vaxt sərf eləmişəm. Açılış səhnəsi Bilbaodakı əsrarəngiz Guggenheim muzeyində baş verir. Bunlar mənim özümü heyrətə gətirən yerlərdir və özüm çox həvəsli olanda oxucunu da maraqlandırmaq çox asan olur.


Guggenheim-la bağlı maraqlı məsələ budur ki, Langdon sənətşünasdır, klassik incəsənət mütəxəssisidir. O, İntibah incəsənətini bilir. Qərara gəldim ki, onu müasir incəsənət dünyasına atım. Əsasən ona görə ki, özüm müasir incəsənət haqda çox şey bilmirəm, öyrənməyə maraqlıyam.


Məqsədim odur ki, özünüzü səhifələri çevirməkdən saxlaya bilməyəsiniz, amma həm də kitabın sonunda özünüzə belə deyəsiniz: “Ah, indi mən bu 37 mövzu ilə maraqlanıram və gedib daha çox kitab oxumalıyam!””





Загрузка...


Губернаторы России

Спорт в России и мире

Загрузка...

Все новости спорта сегодня


Новости тенниса

Загрузка...


123ru.net – это самые свежие новости из регионов и со всего мира в прямом эфире 24 часа в сутки 7 дней в неделю на всех языках мира без цензуры и предвзятости редактора. Не новости делают нас, а мы – делаем новости. Наши новости опубликованы живыми людьми в формате онлайн. Вы всегда можете добавить свои новости сиюминутно – здесь и прочитать их тут же и – сейчас в России, в Украине и в мире по темам в режиме 24/7 ежесекундно. А теперь ещё - регионы, Крым, Москва и Россия.


Загрузка...

Загрузка...

Экология в России и мире




Путин в России и мире

Лукашенко в Беларуси и мире



123ru.netмеждународная интерактивная информационная сеть (ежеминутные новости с ежедневным интелектуальным архивом). Только у нас — все главные новости дня без политической цензуры. "123 Новости" — абсолютно все точки зрения, трезвая аналитика, цивилизованные споры и обсуждения без взаимных обвинений и оскорблений. Помните, что не у всех точка зрения совпадает с Вашей. Уважайте мнение других, даже если Вы отстаиваете свой взгляд и свою позицию. Smi24.net — облегчённая версия старейшего обозревателя новостей 123ru.net.

Мы не навязываем Вам своё видение, мы даём Вам объективный срез событий дня без цензуры и без купюр. Новости, какие они есть — онлайн (с поминутным архивом по всем городам и регионам России, Украины, Белоруссии и Абхазии).

123ru.net — живые новости в прямом эфире!

В любую минуту Вы можете добавить свою новость мгновенно — здесь.






Здоровье в России и мире


Частные объявления в Вашем городе, в Вашем регионе и в России






Загрузка...

Загрузка...





Друзья 123ru.net


Информационные партнёры 123ru.net



Спонсоры 123ru.net