Afina yaxınlığında meşə yanğınında azı 60 nəfər ölüb
Müsbət 40 dərəcə isti və güclü külək şəraitində alov dalğaları Yunanıstan paytaxtının qərb və şərq hissələrinə yayılıb.
Yanğınlarda 100-dən çox adamın xəsarət aldığı, çoxunun ağır durumda olduğu bildirilir.
Baş nazir Alexis Tsipras Bosniya-Herseqovinaya səfərini yarımçıq kəsərək Yunanıstana qayıdıb. O, Avropa İttifaqı və ordudan yardım istəyib.
Yanğının Mati kəndində və Rafina liman şəhərində dağıntılar törətdiyi, yüzlərlə adamın evini tərk etməyə məcbur qaldığı bildirilir.
***
Xilasedicilər sahildə yerləşən bir kənddə 26 nəfərin cəsədini aşkarlayıblar.
İlkin məlumatlara görə, yanğında mindən çox ev dağılıb.
Tsipras ölkədə üçgünlük matəm elan edib.
