Beş keçmiş prezident Polşa-Ukrayna münasibətlərindən narahatdır
Gərginlikdən narahartlıq ifadə edən prezidentlər deyiblər ki, “Rusiyanın Ukraynadakı təcavüzü nəzərə alınmaqla” hazırda həmrəyiliyə böyük ehtiyac var.
Müraciət mayın 28-də Varşavada iki keçmiş Polşa prezidenti Aleksander Kwasniewskivə Bronislaw Komorowski tərəfindən təqdim edilib.
Bu müraciəti keçmiş Ukrayna prezidentləri Leonid Kravchuk, Leonid Kuchma və Viktor Yushchenko da imzalayıblar.
Polşa Avropa İttifaqında və NATO-da Ukraynanın Qərbin sıralarına gətirilməsinin ən qızğın müdafiəçisidir. Onun bu mövqeyi Moskvanı qəzəbləndirir.
Lakin son vaxtlar Polşa-Ukrayna münasibətləri tarixi keçmişə ziddiyyətli baxışlarla əlaqədar gərginləşib.
