Rusiyada An-148 təyyarələrindən istifadə dayandırılır
Rostransnadzor rəhbəri Viktor Basargin martın 20-də deyib ki, bu qərar Saratov Hava Yollarının təftişindən sonra verilib.
Fevralın 11-də bu şirkətə məxsus AN-148 təyyarəsi Moskva yaxınlığında havaya qalxandan az sonra qəzaya uğrayıb, təyyarədəki 71 nəfər həlak olub.
Ölkənin aviasiya tənzimləyicisi olan Rosaviatsiya bildirib ki, Saratov Hava Yollarının bütün uçuşları aprelin 27-dək dayandırılıb.
Qəzadan iki gün sonra təhqiqatçılar ilkin testlərə və təhlillərə əsasən spidometrlərin buzla örtülməsi və qeyri-dəqiq informasiya göstərməsi ehtimalını irəli sürüblər.
