AB Rusiya rəsmilərinə və separatçılara sanksiyaları yeniləyir
Danışmaq səlahiyyəti olmadığından anonimlik şərtilə açıqlama verən diplomatlara görə, tədbir rəsmən bir neçə günə elan olunacaq.
AB sanksiyaları ilk dəfə Ukraynanın ərazi bütövlüyünün pozulmasına cavabdeh şəxslərə qoyub. Qeyd edək ki, 2014-c ilin martına Rusiya Ukraynanın Krım yarımadasını ilhaq edib.
AB diplomatlarına görə, Rusiyanın ABŞ-da yeni səfiri Anatoly Antonov-un adı da siyahıdadır.
Birliyin sanksiyaları altında olan digər rəsmilər baş nazirin müavini Dmitry Rogozin, silahlı qüvvələrin baş qərargah rəisi Valery Gerasimov, televiziya aparıcısı Dmitry Kiselyov-dur.
